Happie Nuts (ハピーナッツ, Hapii Natsu?) – Yaponiyanın Inforest nəşriyyatı tərəfindən nəşr olunmuş qyaru dəbi jurnalı. 20 yaşlarında olan qızlar üçün nəzərdə tutulmuşdu. Jurnal, xüsusilə, one-qyaru stilinə və tünd dəri rəngi trendinə həsr olunmuşdu.[2] 2004-2016-cı illərdə Tokioda nəşr olunmuşdur.[3]
Happie Nuts | |
---|---|
Növ | dəb |
Dövrilik | aylıq |
Tiraj | 190 min[1] |
Nəşriyyat | Inforest |
Təsis tarixi | 2004 |
İlk buraxılışı | noyabr 2004 |
Ölkə | Yaponiya |
Dil | yapon |
nutsnuts.jp |
"Happie Nuts" jurnalının ilk sayı 2004-cü ilin noyabrında nəşr olunmuşdur[4][5] və əslində yeniyetmə qızlar üçün nəzərdə tutulmuş "Happie" dəb jurnalının davamçısı idi.[6] Jurnalın 2005-ci ilin oktyabrında "Koakuma & Nuts" adlı xüsusi buraxılışı nəşr olunmuşdur. Bu buraxılış böyük maraq cəlb etmiş və "Koakuma Ageha" jurnalına çevrilərək Yaponiyada populyar olmuşdur.[7]
2014-cü ildə jurnalın nəşri dayansa da, 2015-ci ilin iyulunda yeni sayları çıxmağa başlamışdır.[5] 2016-cı ilin martında son buraxılışı işıq üzü görmüşdür.[5]
Jurnalın ekslüsiv modelləri "Nuts yoldaşı" adlandırılırdı.[4] Ena Matsumoto, Sayoko Ozaki, Akane Satomi, Sayaka Taniquçi, Miyu İşima, Saki Nanba, Eriko Taçiya, Şizuka Takeda, Hiromi, Akane Suda və Nikol Abe kimi şəxslər jurnalın ekslüsiv modelləri olmuşdular.