Nikolay Muravyov-Amurski

Nikolay Nikolayeviç Muravyov-Amurski (rus. Никола́й Никола́евич Муравьёв-Аму́рский, 23 avqust 1809-30 noyabr 1881) — Rusiya hərbçisi, qraf, 1847-1861-ci illərdə Şərqi Sibirin general-qubernatoru.

Nikolay Muravyov-Amurski
Şəxsi məlumatlar
Doğum tarixi 11 (23) avqust 1809[1]
Doğum yeri
Vəfat tarixi 18 (30) noyabr 1881[1] (72 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
  • Paje korpusu[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü Rusiya İmperator Ordusu
Xidmət illəri 1827-ci ildən
Rütbəsi infanteriya generalı[d]
Komandanlıq edib
  • Şərqi Sibir general-qubernatorluğu[d]
Döyüşlər
Təltifləri qılınclı 1-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni Knight of the Order of St. Alexander Nevsky Ağ Qartal ordeni 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni "İgidliyə görə" qızıl qılıncı
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rusiyanın Sakit okeanda mövqeyinin möhkəmləndirməsi ilə əlaqədar olaraq rus mülkədarları,tacirləri və hərbi-inzibati dairələri Amur çayı hövzəsindəki mübahisəli sərhədlər barədə razılığa gəlmək üçün hökumətə müraciət etdilər.Bu istiqamətdə xüsusi fəallıq göstərən Şərqi Sibirin general-qubernatoru N. Muravyev oldu. Çinin İngiltərə ilə 1840-1842-ci illərdə apardığı I tiryək müharibəsi onda böyük narahatlıq doğurdu.Daha sonra Fransa da Çinin qərbin kapitalist dövlətlərinin köməyi ilə əsarət altına almağı və Sakit Okeanın Çin sahillərində dəniz limanları açmağı qərarlaşdırdı.

Rusiya İngiltərə, Fransa və ABŞ gəmilərinin Amura daxil olmasına görə onları hədələməyə başladı.ABŞ-dən olan çoxsaylı sənayeçilər Oxot dənizində kit ovu ilə məşğul olmağa başladılar. Hələ 1840-cı illərdən Nikolay Muravyev Amur çayı hövzəsində bununla məşğul olmağı məsləhət görmüşdü. 1850-ci illərə qədər çar və daha nüfuzlu olan Peterburq əyanları buna meyil etdilər ki, Rusiya Sakit Okeandakı öz gücündən uzaqlaşmasın.

Krim müharibəsi zamanı öz igidliyi ilə fərqlənən N. Muravyev Amurun aşağı hissəsinə artilleriya ilə təchiz olunmuş qoşunun və solsahil Amurun Rusiyaya verilməsinin təsdiqi üçün Çinlə danışıqlar aparacaq.Səlahiyyətli nümayəndənin göndərilməsi haqqında çarın icazəsinə nail oldu.

Çinin 1856-1860-cı illərdə İngiltərə və Fransa ilə apardığı ikinci tiryək müharibəsi və 1850-1864-cü illərdə Xuan Sütsuanın rəhbərliyi altında baş qaldıran taypinlər hərəkatı onun vəziyyətini xeyli mürəkkəbləşdirdi.İngilis-fransız hərbi qüvvələrinin şimal-şərqi Çinə hücumları dayandı.Yaranmış belə bir vəziyyətdə çin hökuməti əlverişli razılaşmaya əsasən Nerçinski müqaviləsi ilə zorla alınmış torpaqların bir hissəsini Rusiyaya qaytardı.1828-ci iln 28 mayında Amur çayının sol sahilinin (Arqundan Amura qədər olan hissə) ya məxsus hesab olundu.Ussuriya ilə dəniz arasındakı torpaqlar isə ölkələr arasında sərhədlər dəqiq müəyyə olunana qədər açıq qaldı.Amur, Ussuriya və Sunquridə gəmi səfərləri üçün icazə yalnız rus və çin gəmilərinə verildi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Историческая энциклопедия Сибири (rus.). / под ред. В. А. Ламин Новосибирск: 2009. ISBN 5-8402-0230-4
  2. 1 2 Муравьёв-Амурский Николай Николаевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.