Nikolay Dmitriyeviç Petruxin (31 mart 1908, Moskva – 27 mart 1944, Mikolayev) — Sovet İttifaqı Qəhrəmanı (20 aprel 1945).
Nikolay Petruxin | |
---|---|
rus. Никола́й Дми́триевич Петру́хин | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 mart 1908 |
Doğum yeri |
|
Vəfat tarixi | 27 mart 1944 (35 yaşında) |
Vəfat yeri | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rus |
Qoşun növü | hərbi dəniz qüvvələri |
Rütbəsi | Matros |
Döyüşlər | |
Təltifləri |
|
Nikolay Petruxin 1908-ci ildə Bakıda anadan olub. Milliyətcə rusdur. 1941-ci ildə Bakı Şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Matros idi. Müharibə başlayana qədər Bakıda neft mədənlərində işləmişdir. Bir çox döyüş əməliyyatlarında iştirak etmişdir[1].
26 mart 1944-cü ildə Ukraynanın Nikolayev vilayətində həlak olmuşdur[1].
20 aprel 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Lenin ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir[1].
Bakıda dünyaya göz açmış Nikolay Petruxin Suraxanıda yaşamış və 30-cu illərin əvvəlində hərbi xidməti qurtarıb, yenə də Bakıya qayıtmış, neft sənayesi ndə işləmişdir. Böyük Vətən Müharibəsi başlandıqda N.Petruxin Qara dəniz donanmasında xidmətə göndərilmiş və snayper peşəsinə yiyələnmişdir. 1944-cü ilin martında Nikolayev şəhərinin azad edilməsi üzrə desant əməliyyatında iştirak edən N.Petruxin şəxsi qəhrəmanlıq göstərmişdir: iki gün ərzində düşmənin 18 hücumu dəf edilmişdi. Çox ağır keçən bu döyüşlərin birində N.Petruxin həlak olmuşdur. Sovet İttifaqı Qəhrəmanı adı ona 1945-ci ilin 20 aprelində verilmişdir