Nilotlar


Nilotlar orta və yuxarı Nilin hövzəsində yaşayan qohum xalqların (dinkalar, kalencinlər, luolar, şilluklar, nuerlər, barilər, masailər, samburular, datoqlar, karomoconqlar və s.) qrupu. Onlar həmdə Cənubi Sudanda Mavi NilSobat çayları üzrə, KeniyaUqandada ViktoriyaRudolf gölləri arasındaki ərazidə, Tanzaniyada, həmçinin Konqo Demokratik Respublikasının, EfiopiyanınMisirin sərhəd rayonlarında yaşayırlar.

Nilotlar
Ümumi sayı
10 million
Yaşadığı ərazilər
Cənubi Sudan
Keniya
Tanzaniya
Konqo Demokratik Respublikası
Efiopiya
Misir
Dili

Nilot

Dini

yerli ənənəvi din və inanclar, xristianlıq, islam

Ümumi sayı 10 million nəfərə yaxındır. Qabarıq Neqroid irqinə aiddilər. Atletik bədən quruluşu, uca boy və uzanmış başları ilə seçilir.

Nilot dillinin yayıldığı ərazilər

Nillotlar Nil-Saxara dilləri qrupuna aid olan dillərdə danışırlar və maddi və mənəvi mədəniyyətinin bir çox oxşar cəhətləri var.

Nillotlara bəzən dağlı nubiyalaları və nubiyalaları aid edirlər. Nillotların əksəriyyəti yerli ənənəvi din və inancları qoruyub saxlıyırlar, bir qismi isə islamı qəbul ediblər (məsələn luolar). Xalqın bir hissəsi xristian missionerlərin fəaliyyəti nəticəsində, xristianlığı qəbul ediblər.

XX əsrə qədər bu millət qul alverçilərin üzündən çox əzab çəkirdilər.

Nilotlar (Massailər)

Nilotların arasında hələ ibtidai icma quruluşunun qalıqlarını xeyli sayda qoruyub saxlayanlar var.[1] Əsasən balıqçılıq, ovçuluq, əkinçilik, iribuynuzlu mal-qaranın yetişdirilməsi ilə məşğul olurlar.

  1. "icma quruluşu". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-06.