Nina Duvakina

Nina Duvakina (rus. Нина Максимовна Дувакина, 2 fevral 1963, Sosnovka kəndi, Kemerovo vilayəti, Rusiya) — xakas şairi, yazıçısı, publisisti, tərcüməçi və naşiri, M.Qorki adına Ədəbiyyat İnstitutunun məzunu, Rusiya Yazıçılar Birliyinin üzvü.

Nina Maksimovna Duvakina
rus. Нина Дувакина
Təxəllüsü Nina Duvakina
Doğum tarixi (61 yaş)
Doğum yeri Sosnovka kəndi, Kemerovo vilayəti, Rusiya Federasiyası
Vətəndaşlığı Rusiya Rusiya
Təhsili Novosibirsk Elektrotexnika İnstitutu və Maksim Qorki adına Ədəbiyyat İnstitutu
Fəaliyyət illəri 1987-ci ildən – günümüz
Əsərlərinin dili xakasca, rusca
Janrlar şeir, poema, hekayə, ədəbi tənqid, publisistika, tərcümə

Nina Maksimovna Duvakina 2 fevral 1963-cü ildə Kemorovo vilayətinin Sosnovka kəndində fəhlə ailəsində doğulmuşdur. Milliyyətcə xakas türküdür. İlk təhsilini doğulduğu kənddə almış[1], 1986-cı ildə Novosibirsk Elektrotexnika İnstitutunu bitirmişdir. İnstitutu bitirdikdən sonra Novosibirskdə (1980-1982), Altay vilayətinin Slavqorod rayoununda (1987-1988), Xakasiya Respublikasının Çernoqorsk şəhərində (1990-1996) şöbə müdiri, müxbir, müəssisə direktoru və başqa vəzifələrdə çalışmışdır[1].

Xüsusilə, Xakasiyanın rusca yayınlanan “Çernoqorsk fəhləsi” (rus. Черногорский рабочий) qəzetinin müxbiri kimi fəaliyyət göstərdiyi dövrdə (1990-1996) ədəbi-publisistik yaradıcılığa daha çox bağlanmışdır. Abakanda “Rosa” (rus. Роса) nəşriyyatında redaktor işləmişdir (1996-1999).

N.F.Katanov adına Xakasiya Dövlət Universitetinin Filologiya və Mədəniyyətlərarası Əlaqələr İnstitutunun ədəbiyyat bölümündə aspirantura təhsili almışdır. Ədəbi tənqid və ədəbiyyatşünaslıqla bağlı bir sıra araşdırmaların müəllifidir. 2000-ci ildən Xakasiya Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda elmi işçi kimi fəaliyyət göstərməkdədir[2].

1998-2002-ci illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda qiyabi təhsil almışdır. 2005-ci ildə Abakanda “Briqantina” kitab nəşriyyatını təsis etmiş və onun direktoru seçilmişdir. Həmin dövrdən başlayaraq xakas ədəbiyyatının nəşri, tədqiqi və təbliğində mühüm rol oynamışdır. Xüsusilə, gənc yazarların əsərlərinin nəşri və uşaq ədəbiyyatının yayınlanmasında ciddi əmək sərf etməkdədir. Rusiya Yazıçılar Birliyinin üzvüdür. Hazırda Xakasiya Respublikasının paytaxtı Abakan şəhərində yaşayır[3].

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Əsərlərini xakasrus dillərində yazan Nina Duvakina bədii yaradıcılığa Xakasiyanın Çernoqrsk şəhərində yazıçı Georgi Morozovun rəhbərlik etdiyi “Qığılcım” ədəbi birliyində fəaliyyət göstərdiyi illərdə başlamışdır. 1987-ci ildən mətbuatda dərc olunur. İlk yazıları “Ədəbi Abakan” (rus. Абакан литературный), ”Çubuq” (rus. Стрежень) və başqa dərgilərdə yayınlanmışdır. Onun yaradıcılığında poeziya və nəsr aparıcı yer tutur. Bununla yanaşı, ədəbi tənqid və publisistika sahəsində də xeyli əsərin müəllifidir. Abakanda nəşr olunan “Sənin haqqında” (1998), “Şeirlər və hekayələr” (1999), “Üfüqlərin o tayına boylanmaq” (1999) və başqa poeziya və hekayələr kitablarının müəllifidir[4].

  • О тебе. Стихи. Абакан: Изд-во Роса, 1998;
  • Стихи и рассказы. Абакан: Изл-во Роса, 1999;
  • Загляжусь за горизонт. Стихи. Абакан: Изд-во Роса, 1999;
  • Жанрово-стилистическое своеобразие творчества в. Личутина (по произведениям «скитальцы», «раскол») в контексте русской прозы европейского севера. Абакан: Научное Обозрение Саяно-Алтая, 2013.
  1. 1 2 "Дувакина, Нина Максимовна. Болщая Биографическая Энсиклопедия" (rus). gufo.me. 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-15.
  2. "Дувакина Нина (1963).Союз писателей Хакасии" (rus). nbdrx.ru. 2021-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-15.
  3. "Вики Чтение. Нина Максимовна Дувакина" (rus). slovar.wikireading.ru. İstifadə tarixi: 2020-08-15.[ölü keçid]
  4. "Литературное объединение «Уголёк»" (rus). chernbib.ru. 2020-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-15.