Zərnava

ZərnavaAzərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Zərnava kəndi Tağlabiyan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Zərnava kənd Soveti yaradılmışdır.[1]

Zərnava
40°48′10″ şm. e. 48°20′55″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 872 nəf.
Xəritəni göstər/gizlə
Zərnava xəritədə
Zərnava
Zərnava

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Lahıc turizm zonasında yerləşir. Yay mövsümündə kəndə avtomobillə, qış mövsümündə isə yolun son 8 km-ni atla və ya piyada getmək lazımdır. Piyadalar kəndə gedərkən Girdimançay üzərində olan asma körpüdən istifadə edə bilərlər.

Əhalisi 872 nəfərdir ki, onun da 332 nəfəri kişi, 338 nəfəri qadındır.

1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyası Şamaxı qəzasının Zərnava kəndində 25 evdə 115 nəfəri kişilər, 105 nəfəri isə qadınlar olmaqla 220 nəfər sünni təriqətli müsəlman Azərbaycan tatları yaşayırdı.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhali əsasən heyvandarlıq, bostançılıq və arıçılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir.

  1. "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.