Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Niyazi Abdulla oğlu Səfərov (1959) — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini (2016–2022), iqtisadiyyat və sənaye nazirinin müavini (2013–2016), iqtisadi inkişaf nazirinin müavini (2006–2013).
Niyazi Səfərov | |
---|---|
15 yanvar 2016 – 2022 | |
Nazir | Şahin Mustafayev (2016-2018) Mikayıl Cabbarov (2018-) |
13 mart 2014 – 15 yanvar 2016 | |
Nazir | Şahin Mustafayev |
17 fevraı 2006 – 23 oktyabr 2013 | |
Nazir | Heydər Babayev (2005-2008) Şahin Mustafayev (2008-2013) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1959 |
Təhsili |
Səfərov Niyazi Abdulla oğlu 1959-cu ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda başlayıb.[1]
1990–1992-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Hüquq şöbəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri və şöbə müdirinin müavini, 1992–2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatında Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdir müavini, 17 fevral 2006-cı ildən isə Azərbaycan Respublikası İqtisadi İnkişaf nazirinin müavini vəzifələrində çalışıb.[1]
Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye nazirinin müavini təyin edilib[2]. O, 24 iyun 2022-ci il tarixində tutduğu vəzifədən azad edilmişdir.[3]
30 iyun 2022-ci ildə Niyazi Səfərov Azərbaycan Respublikası iqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə nazir müşaviri vəzifəsinə təyin olunmuşdur.[4]
Ailəlidir, 3 övladı var. Deputat Nizami Səfərovun qardaşıdır.[5]