Heydər Aydın oğlu Babayev (1957, Bakı) — Azərbaycan Respublikasının sabiq İqtisadi İnkişaf naziri.
Heydər Babayev | |
---|---|
19 oktyabr 2005 – 31 oktyabr 2008 | |
Əvvəlki | Fərhad Əliyev |
Sonrakı | Şahin Mustafayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1957 |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi |
Babayev Heydər Aydın oğlu 1957-ci ildə Bakıda anadan olmuşdur. 1980-ci ildə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan TSP-də xarici sərgilər üzrə müfəttiş vəzifəsi ilə başlamışdır. 1981-ci ildən SSRİ Xarici İqtisadi Əlaqələr Bankında valyuta mühafizəsi müfəttişi, idarə rəisinin müavini, 1992-ci ildən "Xariciiqtisadibank"ın Türkiyədə baş nümayəndəsi, 1997-ci ildən "Mostbank"ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləmişdir. 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdır. 2005-ci il 19 oktyabrda İqtisadi İnkişaf Naziri təyin olunmuşdur. 2008-ci il 30 oktyabrda Heydər Babayev İqtisadi İnkişaf Nazirliyi vəzifəsindən azad olunumuşdur.[1][2]
Evlidir, 1 övladı var.