Nizami Gəncəvi (Monoqrafiya)

NİZAMİ GƏNCƏVİ MonoqrafiyasıAMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 28 oktyabr 2021-ci il, 7 saylı qərarı ilə "Elm" nəşriyyatında çap olunub. Kitabda şairin tərcümeyi-halı, milli mənsubiyyəti və yaradıcılığının qaynaqları, mövzu və ideyaları, sənətinin müxtəlif istiqamətləri elmi şəkildə təqdim olunur[1]

{{NİZAMİ GƏNCƏVİ

HƏYATI VƏ YARADICILIĞI Sənətkarın elmi pasportu – 25 NİZAMİ GƏNCƏVİ İLİ

}}
Nizami Gəncəvi Həyatı və Yaradıcılığı
Müəllif [[akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Kollektiv]
Janr Ədəbiyyatşünaslıq
Orijinalın dili Azərbaycan
Orijinalın nəşr ili 2021
Nəşriyyat Elm nəşriyyatı
Səhifə 982

Haqqında[redaktə | mənbəni redaktə et]

AMEA-nın akademiki İsa Həbibbəylinin rəhbərliyi ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsi tərəfindən təqdim olunan “Nizami Gəncəvi: Həyatı və yaradıcılığı” adlı monoqrafiya dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığını tam əhatə edən ilk ümumiləşdirilmiş fundamental elmi-tədqiqat əsəridir.

Layihə rəhbəri və ön söz müəllifi akademik İsa Həbibbəyli, elmi redaktor AMEA-nın müxbir üzvü Nüşabə Araslı və Məsul redaktorları filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdı.

Oxuculara təqdim olunan “Nizami Gəncəvi: həyatı və yaradıcılığı” monoqrafiyası Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Nizamişünaslıq” şöbəsi əməkdaşlarının 2017-2021-ci illərdə apardıqları tədqiqatlar əsasında hazırlanmışdır. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun AMEA-nın müxbir üzvü Nüşabə Araslının başçılıq etdiyi “Nizamişünaslıq” şöbəsinin əməkdaşları obyektiv elmi meyarlara istinad etməklə, zəngin mənbələr və müstəqil dövlətçilik idealları əsasında Nizami Gəncəvinin tərcümeyi-halının bütün təfərrüatlarını və yaradıcılığının geniş panoramısını yaratmaq üçün imkanlarını səfərbər etmiş, ciddi elmi axtarışlar aparmışlar.[2][3]

Əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Nizamişünaslıq” şöbəsinin təqdim etdiyi “Nizami Gəncəvi: həyatı və yaradıcılığı” [4]monoqrafiyası dahi Azərbaycan şairi və mütəfəkkirinin çoxillik tədqiqatlar və mənbələr əsasında yazılmış, geniş həcmə malik elmi pasportudur. Nizami Gəncəvi: həyatı və yaradıcılığı” monoqrafiyası – yeni tarixi epoxanın Nizamişünas alimlərinin tədqiqatlarının, baxışları və yanaşmalarının elmi göstəricisidir. Azərbaycanda Nizami Gəncəvinin həyatı və yaradıcılığının tədqiqi və nəşri istiqamətində böyük işlər görülmüşdür. Azərbaycan dünya Nizamişünaslıq elminin əsas mərkəzidir.[5]

Məzmunu[redaktə | mənbəni redaktə et]

Monoqrafiya 982 səhifədən ibarətdir. Kitab bələdçi, yeddi fəsil və bibloqrafiyadan ibarətdir. Birinci fəsil Nizami Gəncəvinin dövrü, ədəbi mühiti və həyatı, ikinci fəsil Nizami Gəncəvi yaradıcılığı, üçüncü fəsil Nizami Gəncəvi və Renessans, dördüncü fəsil Nizami Gəncəvi yaradıcılığının əsas qaynaqları, beşinci fəsil Nizaminin sələfləri və müasirləri, altıncı fəsil Nizami Gəncəvinin dünyagörüşünün dini, fəlsəfi və irfani aspektləri və nəhayət yeddinci fəsil isə Nizami Gəncəvi irsinin tədqiqi və nəşri hissələrini təşkil edir.[6]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Ağayev Ə. Nizami və dünya ədəbiyyatı (monoqrafiya), Bakı, 1964, 172 s
  2. Allahverdiyeva Z.A. Orta əsrlər “Xəmsə” poetik üslubunda türk sözləri (monoqrafiya), Bakı, Elm və təhsil, 2012, 153 s.
  3. Allahverdiyeva Z.A. Klassik Azərbaycan ədəbiyyatına dair tədqiqlər (Məqalələr toplusu), I kitab, Bakı, Elm və təhsil, 2017, 392 s
  4. Allahverdiyeva Z.A. Nizami yaradıcılığında təsəvvüfə dair bəzi qeydlər. “Ədəbi-nəzəri fikir iki əsrin qovşağında”, (Respublika konfransının materialları-20-21 iyun, 2001-ci il), Bakı, Elm, 2001, s.173-184.
  5. Allahverdiyeva Z.A. Nizami poetikası yeni araşdırmada. Filologiya məsələləri, № 5, AMEA Əlyazmalar institutu, Bakı, 2004, s.145-150
  6. Araslı H.M. Nizami Gəncəvinin həyat və yaradıcılığı. Bakı, Azərnəşr, 1941, 37 s.
  7. Araslı H.M. Nizami və vətən. Bakı, 1942, 26 s.
  8. Araslı H.M. Nizamidə xalq sözləri, xalq ifadə və zərb-məsəlləri, SSRİ EA Azərbaycan filialının Xəbərləri, № 8, avqust, 194
  9. Araslı H.M. Nizami və Azərbaycan xalq ədəbiyyatı. “Nizami Gəncəvi” (məqalələr məcmuəsi). Bakı, Azərbaycan SSR EA nəşriyyatı, 1947, 193 səh.; s.9-29.
  10. Araslı H.M. Nizami Gəncəvi // Azərbaycan ədəbiyyatı tarixi. Bakı,1960.
  11. Araslı N.H. Nizaminin poetikası (monoqrafiya), Bakı, Elm, 2004, 454 səh.
  12. Azadə R. Nizami Gəncəvi. (Nizami Gəncəvi. Klassik Azərbaycan kitabxanası. 20 cilddə) – IV cild, Bakı, Elm,1985, s.5-22.
  13. Axundov M.M. Şeyx Nizami. Gəncə, “Hacı Əhməd” mətbəəsi, 1909.
  14. Bağırlı A.A. Nizami Gəncəvinin ictimai idealı. “Ədəbiyyat qəzeti”, 9 oktyabr 2021.
  15. Bertels Y.E. Böyuk Azərbaycan şairi Nizami: Еpохаsı- Həyаtı və Yаrаdıcılığı. SSRİ EA Azərbaycan filialı, Nizami adına Dil və Ədəbiyyat İnstitutu, Bakı, AAEF, 1940,150 səh
  16. Həbibbəyli İ.Ə. Nizami Gəncəvi: Azərbaycandan dünyaya. “Xəbərlər”, AMEA Naxçıvan Bölməsi, 2006, №2, s.120-127.
  17. Həbibbəyli İ.Ə. Böyük Azərbaycan şairi Nizami Gəncəvi // Respublika. 2017, 28 dekabr.
  18. Kərimli T.H. Nizamişünaslıq: nailiyyətlər, kəsirlər, “Ədəbiyyat və incəsənət” qəzeti, 23 may 1986.
  19. Kərimli T.H. Nizami və türk tarixi. “Türkologiya” jurnalı, №3-4., 2002, s.112-114.
  20. Kərimli T.H. Nizami və tarix (monoqrafiya), Bakı, Elm, 2002, 241 s.
  21. Yusifli X. Nizami Gəncəvi. Gəncə, Elm, 2021, 416 s.
  22. Алиев Р.М. Краткий библиографический справочник. Баку, Язычы, 1983, 379 с.
  23. Алиев Р.М. Поэма о бессмертной любви (монография) Баку, 1984, 42 с.
  24. Крымский А.Е. История Турции и ее литературы (моногра�фия), М., 1916, т.2, 279 с.
  25. Короглы Х.Г. Низами Гянджеви : (850 лет со дня рождения), Москва, Знание, 1991, 62 с.

İstinad[redaktə | mənbəni redaktə et]

  1. Həbbibəyli, İsa. Böyük Azərbaycan şairi Nizami Gəncəvi (Azərbaycan, türk, ingilis, rus, alman, çin, polyak, gürcü, və Ukrayna və bolqar). Bakı: Elm. 2021.
  2. Araslı, Nüşabə. Nizami və türk ədəbiyyatı (Azərbaycan). Bakı: Elm. 1970.
  3. Araslı, Həmid. Nizami Gəncəvi // Azərbaycan Ədəbiyyat Tarixi (Azərbaycan). Bakı. 1960.
  4. Allahverdiyeva, Zəhra. Azərbaycan nizamişünaslığının təşəkkülü və inkişafı (Azərbaycan). Bakı: Nurlan. 2007. 220.
  5. Rüstəmova, Azadə. Nizami Gəncəvi. Həyatı və sənəti (Azərbaycan). Bakı. 1979. 207.
  6. Araslı, Həmid. Şairin həyatı (Azərbaycan). Bakı: Azərnəşr. 1940. 115.