Nizami Vahid oğlu Yolçuzadə (10 aprel 1990, Böyük Mərcanlı, Cəbrayıl rayonu – 18 iyun 2022, Naxçıvan Muxtar Respublikası) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, şəhid.[1][2][3][4][5]
Nizami Yolçuzadə | |
---|---|
Nizami Vahid oğlu Yolçuzadə | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Böyük Mərcanlı, Cəbrayıl |
Vəfat tarixi | (32 yaşında) |
Vəfat yeri | Naxçıvan MR, Azərbaycan |
Dəfn yeri | Biləsuvar rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2011-2022 |
Rütbə | Kapitan |
Təltifləri |
Nizami Yolçuzadə 10 aprel 1990-cı ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. Orta təhsilini Cəbrayıl rayon 8 nömrəli tam orta məktəbində alan Nizami oxuduğu müddətdə yüksək vətənpərvərliyi və şəxsi keyfiyyətləri ilə müəllim və şagirdlərin sevimlisinə çevrilmişdi. Vətənə olan sevgisi onu 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə gətirmişdir. Məktəbi uğurla bitirdikdən sonra təyinatı üzrə bir zabit olaraq Milli Ordu sırasına qatılmışdır.[6][7][8][9][10]
Ailəli idi, iki azyaşlı övladı var.
Nizami hərbi xidmətə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda zabit olaraq başladı. O, Naxçıvanda uzun müddət "N" saylı hərbi hissədə gənc əsgərlərin hazırlanmasına rəhbərlik edirdi. Son bir ildə ona etimad göstərilərək, tabor komandirinin təhcizat üzrə müavini vəzifəsinə təyin edilmişdi. Həmçinin xidmətini Şahbuz rayonu "N" saylı hərbi hissədə davam etdirirdi. Nümunəvi xidmətlərinə görə Müdafiə Nazirliyinin 23.05.2016 tarixli 095t nömrəli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi", 20.06.2019 tarixli 079t nömrəli əmri ilə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə və 26.06.2019 tarixli 0153 nömrəli digər əmri ilə "Qüsursuz xidmətə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur.[11][12][13][14][15]
Yolçuzadə Nizami Vahid oğlu 18 iyun 2022-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində xidməti vəzifəsini həyata keçirən zaman həlak olmuşdur.[16][17][18][19] Yolçuzadənin dayısı 1974-cü il təvəllüdlü Zahid Təbriz oğlu Mehdiyev 30 il öncə, 19 iyun 1992-ci ildə hərbi xidmətə getmiş və 3 iyul 1992-ci ildə Birinci Qarabağ müharibəsində şəhid olmuşdur.[20][21]