Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu

Əlahiddə Ümumqoşun OrduAzərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı xüsusi statuslu bölməsi.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu
Növü Hərbi birləşmə
Yaranma tarixi 18 dekabr 2013 (10 il əvvəl) (2013-12-18)
Ölkə Azərbaycan Azərbaycan
Tabedir Müdafiə Nazirliyi
Daxildir Azərbaycan Ordusu
Qərargah Naxçıvan şəhəri
Döyüşlər Qarabağ müharibəsi (2020)
 • Hadrutun azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Şuşanın azad edilməsi
Komandanlıq
Komandir general-mayor. Kənan Seyidov
Qərargah rəisi gen-ley. Fazil Ağalarov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1991-ci il sentyabrın 7-də Naxçıvan MR-nın yaranmış vəziyyətdən xilas edilməsi, ərazisini Ermənistan silahlı qüvvələrindən qorumaq, əhalini talan və qırğınlardan qurtarmaq məqsədilə Naxçıvan MR Ali Sovetinin sədri olan Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Dövlət Müdafiə Komitəsi yaradıldı. Naxçıvan MR Ali Sovetinin sədri Heydər Əliyevin 20 sentyabr 1991-ci il tarixli fərmanına əsasən leytenant Elman Abbas oğlu Abbasov Dövlət Müdafiə Komitəsinin sədri təyin edilmişdir.

1992-ci il sentyabrın 15-də isə Naxçıvan MR ərazisində birinci milli ordu birliyindən biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada formalaşdı. 705-ci əlahiddə gücləndirilmiş motoatıcı briqanın uğurlu döyüş yolu olmuş və 21 may 1995-ci ildə motoatıcı diviziyaya statusu almışdır.

8 dekabr 1998-ci ildə isə motoatıcı diviziyanın bazasında 5-ci Ordu Korpusu yaradılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 18 dekabr 2013-cü il tarixli fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradılmışdır.

Tibb müəssisələri

[redaktə | mənbəni redaktə et]

2021-ci il mayın 10-da Naxçıvan Qarnizonu Hospitalının açılışı olmuşdur. 2013-cü ildən Əlahiddə Ümumqoşun Ordunun tabeliyinə verilən Naxçıvan Qarnizonu Hospitalı üçün inşa edilmiş yeni bina 5 mərtəbəlidir. Müasir tibbi avadanlıqla təchiz edilən 290 çarpayılıq hospital 1 stasionar şöbəni, 11 stasionar və 13 yardımçı bölməni əhatə edir.

Komandanların siyahısı

[redaktə | mənbəni redaktə et]
S/S
Foto
Prezident
Vəzifə müddəti
Əvvəl tutduğu vəzifə
Gəldiyi tarix
Getdiyi tarix
Müddət
705-ci Əlahiddə gücləndirilmiş Motoatıcı Diviziya (1995–1998)
1.
general Kərəm Mustafayev
(1962–)
21 may 1995
8 dekabr 1998
3 il, 201 gün
Beşinci Ordu Korpusu (1998–2013)
1.
general Kərəm Mustafayev
(1962–)
8 dekabr 1998
18 dekabr 2013
15 il, 10 gün
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu (2013–)
1.
general Kərəm Mustafayev
(1962–)
14 may 2014
10 iyul 2024
10 il, 57 gün
Günnüt əməliyyatı (may, 2018)
Qarabağ müharibəsi (2020)
 • Hadrutun azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Şuşanın azad edilməsi
2.
general Kənan Seyidov
(1974–)
10 iyul 2024
hazırda
143 gün
Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən Əlahiddə Ümumqoşun Ordunun şəhidləri Anar ƏliyevNihad Babayev

Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyətindən 79 hərbi qulluqçu 2020-ci ilin sentyabr-noyabr aylarında baş verən Qarabağ müharibəsi zamanı Füzuli-Xocavənd-Şuşa istiqamətində gedən hərbi əməliyyatlarda şəhid olub.[1] Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyətindən şəhid olanlardan 14 nəfəri zabit, 4 nəfəri gizir, 4 nəfəri çavuş, 57 nəfəri isə əsgərlərdən ibarət idi.

Şəhid olanlar sırasında Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri Anar Əliyev və Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlı Bölməsinin Komandir müavini Nihad Babayev də var idi.

Şəhid olan 39 nəfərdən 2-i Vətən Müharibəsi Qəhrəmanı adı ilə, 6-sı "Azərbaycan Bayrağı" ordeni ilə, 25-i 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 39-u "Vətən uğrunda" medalı ilə, 4-ü "İgidliyə görə" medalı ilə, 16-sı "Hərbi xidmətlərə görə" medalı ilə, 39-u "Xocavəndin azad olunmasına görə" medalı ilə, 30-u "Füzulinin azad olunmasına görə" medalı ilə, 32-si "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.

  1. p/leytenant Əliyev Anar Vaqif
  2. Kapitan Babayev Nihad Akif
  3. Kapitan Əliyev Rəşad Əmiralı
  4. Kapitan Mikayıllı Samir Sabir
  5. B/leytenant Babaxanov Elman Ağamirzə
  6. B/leytenant Rəhimov Elvin Ehtiram
  7. B/leytenant Sadıqlı Məmmədhəsən Meydan
  8. B/leytenant Şirəliyev Sahib Yusif
  9. leytenant Bayramov Ruslan Azər
  10. leytenant Əfəndiyev Adil Qədir
  11. leytenant Ənvərli Aqşin Faiq
  12. leytenant Feyzullayev Zahir Eyvaz
  13. leytenant Quluzadə Kamran Pərviz
  14. leytenant Yaqubov Mayis Rəhim
  15. gizir Ələkbərov Bağır Əsəd
  16. gizir İsmayılov Əmrah Xudaverdi
  17. gizir Novruzlu Ümid Bahadur
  18. gizir Tahirov Vüsal Mehdi
  19. çavuş Əliyev Yadigar Səfxan
  20. K/çavuş Abdullazadə Tağı İlham
  21. K/çavuş Xəlilli Murad Vəli
  22. K/çavuş Məmmədov Zaman Habil
  23. əsgər Alməmmədov İman Tarverdi
  24. əsgər Babayev Babaxan Əlövsət
  25. əsgər Bağırov Ramin Nəriman
  26. əsgər Cəfərov Ruslan Mövlan
  27. əsgər Cəfərov Ülvi Habil
  28. əsgər Cəlilov Həsən Məhərrəm
  29. əsgər Cəlilov Sahil Oqtay
  30. əsgər Eyvazov İslam Həsən
  31. əsgər Əhmədov Əhmədxan Məzahir
  32. əsgər Əhmədov Mərhəmət Adil
  33. əsgər Əhmədov Rəvan Yafət
  34. əsgər Əhmədov Tacir Mehdi
  35. əsgər Əliyev Lətif Oruc
  36. əsgər Əliyev Məhəmməd Yaqub
  37. əsgər Əsgərov Təbriz Çapay
  38. əsgər Əsgərov Vüqar Rza
  39. əsgər Əzizli Elnur Şahin
  40. əsgər Göydağlı Ramazan Əbülfət
  41. əsgər Gözəlov Rüfət Əzim
  42. əsgər Həsənov Elməddin Elşən
  43. əsgər Hümbətov İmaməddin Muxtar
  44. əsgər Xaməmmədov Şirxan Xaməmməd
  45. əsgər Xudiyev Toğrul Habil
  46. əsgər İbrahimov Ayaz Sultan
  47. əsgər İbrahimov İbrahim Etibar
  48. əsgər İbrahimov Qurban Namiq
  49. əsgər İbrahimov Ruzi Əliağa
  50. əsgər İbrahimov Seymur Zamin
  51. əsgər İlyasov Fərid İbad
  52. əsgər İsgəndərov Niyaməddin Qulu
  53. əsgər İsmayılov Bahaləddin Temraz
  54. əsgər Mahmudlu Babək Süleyman
  55. əsgər Mədətli Zülal Rəhim
  56. əsgər Məmmədəliyev Saday Rza
  57. əsgər Məmmədov Araz Qəhrəman
  58. əsgər Məmmədov Əli Abbas
  59. əsgər Məmmədov Kəmaləddin İsrail
  60. əsgər Mirzəyev Aslan Məqsud
  61. əsgər Mirzəyev Sarvan Əli
  62. əsgər Novruzlu Pərviz Qorxmaz
  63. əsgər Orucov Coşqun Oruc
  64. əsgər Quliyev Aqil Mətləb
  65. əsgər Quliyev Kənan Vaqif
  66. əsgər Qurbanov Xansu Elsevər
  67. əsgər Ramazanov Rasim İsmayıl
  68. əsgər Rəhimov Yalçın Elçin
  69. əsgər Rüstəmov Basid İdris
  70. əsgər Rzayev Kənan Əbdürrəhman
  71. əsgər Sadıqov Elvin Namiq
  72. əsgər Salahov Sərxan Həsənqulu
  73. əsgər Seyidov Miryasin Mirqafar
  74. əsgər Səfərov Qəşəm Taməddin
  75. əsgər Şirbəyli Siruz Hamil
  76. əsgər Tağıyev Azər Kamil
  77. əsgər Teymurov Elvin Mustafa
  78. əsgər Vəliyev Şəmsəddin Aqil
  79. əsgər Yüzbaşyev İsmayıl Fəzayıl
  1. Ordu.az. "Prezident Naxçıvanda xidmət edən hərbi qulluqçuları təltif edib - SƏRƏNCAM". www.ordu.az (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]