Nizami meydanı[1] — Sumqayıt şəhəri ərazisində yerləşən meydan. Meydan dahı Nizami Gəncəvinin adını daşıyır. 2007-ci ildə Nizami küçəsinin başlanğıcında yaradılmışdır. Meydanım inşa işlərinə 2007-ci ilin əvvəlində başlanmışdır. Meydanın uzunluğu 188 metr, ümumi sahəsi 6300 m²-dir. Meydan Sülh küçəsi ilə Nizami küçələrini birləşdirir. Hər iki tərəfdən ticarət obyektləri ilə əhatələnmişdir. Meydanın mərkəzində Nizami Gəncəvinin heykəli ucaldılmışdır. Abidə 3,9 metr hündürlüyə malikdir. Tuncdan hazırlanan heykəlin müəllifi tanınmış heykəltaraş İsa Məmmədxanovdur. Meydanda dekorativ ağaclar, yeni oturacaqlar, tullantı konteynerləri, müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Nizami meydanı | |
---|---|
Ümumi məlumatlar | |
Uzunluğu | 180 m |