Zəfər meydanı — Azərbaycanın Xankəndi şəhərinin mərkəzində meydan,[1][2] SSRİ dövründə Lenin meydanı adlanırdı.[3][4][5]
Zəfər meydanı | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Şəhər | Xankəndi |
Meydanın özü bu binanın qabağında yerləşir.[6][7] Sovet vaxtında bu bina Vilayət Partiya Komitəsinin binası idi.[2] Bu bina 1960-cı ildə istifadəyə verilmişdi.[5] Binanın müəllifi — Azərbaycan memarı Həsən Məcidov.[2]
Meydan tərəfdən baxanda, keçmiş Vilayət Partiya Komitəsinin binasından solda[6][7] yerləşən bina sovet vaxtında Vilayət İcraiyyə Komitəsinin binası idi.[2] Bu bina 1972-ci ildə istifadəyə verilmişdi.[5] Binanın müəllifi — Azərbaycan memarı Nəsrullah Kəngərli.[2]
Meydan tərəfdən baxanda, keçmiş Vilayət Partiya Komitəsinin binasından sağda[6][7] "Qarabağ" hoteli[8] yerləşir.[2] Binanın müəllifi — Azərbaycan memarı Ənvər Qasımzadə.[2] Hotel XX-ci əsrin ortalarında istifadəyə verilmişdi. 2023-cü ildə antiterror tədbirləri nəticəsində Xankəndi şəhəri Azərbaycanın nəzarətinə qaytarılandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işləri başlandı. Yenidənqurma işlərindən sonra bina ilkin görkəminə qaytarılıb, həmçinin hotelin keçmiş adı — "Qarabağ" qaytarılıbdır.[8]
Təqribən keçmiş Vilayət Partiya Komitəsinin binası və "Qarabağ" hoteli ilə üzbəüzdə[9] hal hazırda Xankəndi Konqres Mərkəzi[10] tikilir[11]. Konqres Mərkəzinin təməli 5 iyul 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Xankəndi şəhərinə səfəri zamanı qoyulubdur[10].
15 oktyabr 2023-cü il — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərinə səfəri zamanı şəhərin bu meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldmışdı[12].
8 noyabr 2023-cü il — Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Xankəndi şəhərinin bu meydanda keçirilmişdi. Parad Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev iştirak etmişdilər. Parada müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, "Zəfər" və "Qarabağ" ordenli general-polkovnik Kərim Vəliyev komandanlıq etmişdi.[13]
18 mart 2024-cü il — Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Novruz tonqalını alovlandırıb, təbrik nitqində bu meydanın yeni adını "Zəfər meydanı" elan etmişdi.[2]