Notrdam kilsəsinin qozbeli

Paris Notr-Dam kilsəsi (fr. Notre-Dame de Paris) və ya Notr-Dam kilsəsinin Qozbeli (ing. The Hunchback of Notre-Dame) — Fransa yazıçısı Viktor Hüqonun 1831-ci ildə yazdığı qotik və romantizm janrlarında olan əsər. Fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunur.

Paris Notr-Dam kilsəsi
fr. Notre-Dame de Paris
Müəllif Viktor Hüqo
Janrlar Romantizm, qotik roman
Orijinalın dili Fransızca
Ölkə
Orijinalın nəşr ili 16 Mart 1831
Tərcüməçi Mikayıl Rəfili
Yusif Vəzir Çəmənzəminli
Nəşriyyat Azərnəşr
Nəşr 1936
Səhifə 940 (orijinal)
512 (tərcümə)
Növ Roman
ISBN 978-9952-36-191-9
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Romanın fransızca olan orijinal adı, "Notre-Dame de Paris"-dir. Azərbaycan dilinə, "Paris Notr-Dam kilsəsi" kimi tərcümə olunur. Paris Notr-Dam kilsəsi Paris şəhərinin mərkəzində yerləşən katolik kilsəsidir və Fransa paytaxtının başlıca simvoludur. Lakin 1833-cü ildə ingilis tərcüməçi və yazıçı Frederik Şoberl, əsəri ingilis dilinə tərcümə edərkən, adını "The Hunchback of Notre Dame" yəni "Notr Damlı Qozbel" kimi göstərmişdir. Bu ad, əsərin baş qəhrəmanı "Kvazimodo" üzərinə adlandırılmışdır. Sonradan bu ad, əsərin beynəlxalq adı ola biləcək qədər önəmli olmuşdur.

Romanın bütün əsas surətləri – Klod Frollo, Kvazimodo, Esmeralda, Feb uydurma obrazlardır. Yalnız Pyer Qrenquar istisna təşkil edir və onun real tarixi prototipi vardır. Bu, XV əsrdə və XVI əsrin əvvəllərində Parisdə yaşamış şair və dramaturqdur.

Mikayıl Rəfilinin rus dilindən tərcüməsi və Yusif Vəzir Çəmənzəminlinin redaktəsi ilə 1936-cı ildə nəşr edilən bu əsər, nəşriyyat tərəfindən Azərbaycan ədəbi dilinə uyğunlaşdırlmış və "Paris Notr-Dam kilsəsi" olaraq adlandırılmışdır.[1]

Əsərin yazılmasından əvvəl

[redaktə | mənbəni redaktə et]

19-cu əsrin əvvəllərində Paris şəhər layihəçiləri, baxımsızlıq səbəbindən Notr-Dam kilsəsinin kafedralını sökmək istəyib. Paris Kommunası kilsənin dağıdılması barədə qərar verir. Kommuna nümayəndələri skamya və stullara atəş açıb, kilsəni yandırmağa çalışıb, lakin ciddi bir ziyan vura bilməyib. Fransa inqilabı zamanı xalq kral hakimiyyətinin simvolu hesab olunan kilsəyə hücum edərək, kralların fasadda qoyulmuş heykəllərinin başlarını qoparıb. Həmçinin hücum zamanı bir sıra tarixi əhəmiyyətli əşyalar məhv edilib. Yalnız inqilabçıların partlayıcı maddələri bitdiyindən bina dağılmaqdan xilas olub. Kilsədən ərzaq anbarı kimi istifadə edilməsinə başlanılıb.[2] Viktor Hüqo xalqın diqqətini kilsəyə çəkmək üçün "Paris Notr-Dam kilsəsi" əsərini yazmağı düşünüb.

Əsərin yazılmasından sonra

[redaktə | mənbəni redaktə et]

Roman, kafedralın sökülməməsi üçün, kampaniya başladılmasına səbəb olub və kafedralın sökülməsi planını alt-üst edib. Hətta kafedralın təmir olunmasında böyük rol oynayıb.[3] Əsərin populyarlığı kilsəyə ictimai marağı xeyli artırmış olub. Roman 1831-ci ildə çap edildikdən sonra gözlənilən nəticəni verib və kafedral layiq olduğu dəyəri görüb. Kitab işıq üzü görəndən 10 il sonra, 1841-ci ildə Fransa, Eugène Viollet-le-Duc və Jean-Baptiste Lassus adlı iki memara Notre-Dame kilsəsinin bərpasını tapşırıb. Görülən işlər siyahısına daş üzlüyüynün təzələnməsi, heykəllərin bərpası, binanın içərisində köməkçi otaqların bərpası, pəncərə şüşələrinin təzələnməsi, binanın arxitekturasına qarqoylların əlavə edilməsi əlavə olunub. Bütün bu işlərin görülməsinə 23 il vaxt sərf olunub.[4]

Əsərin məzmunu

[redaktə | mənbəni redaktə et]

Romanda çoxdan unudulmuş dövrün tarixi təsviri ilə yanaşı sadə insanın günlük yaşamı və dəyərləri də canlandırılaraq kütləvi tarixi şüur, dünya və insan haqqındakı təsəvvürlərin spesifikası, insanların inam və ümidləri əks olunur. İnsanın azadfikirliyi və mənəvi müstəqilliyi konsepsiyası Fransadakı cari hadisələrlə əlaqələndirilir. Əsərdə dini inamın zəifləməsi, yüzillər boyu toxunulmaz olan ehkamlara qarşı şübhə, yeni təlimlərin bolluğu cəmiyyətin öz inkişafının son hədəfinə — demokratiyaya yaxınlaşmasına sübut kimi göstərilir. Təsvir olunan dövrün əlamətləri, romanın əsas qəhrəmanlarının — Esmeraldanın, Kvazimodonun və Klod Frollonun xarakterlərində və talelərində təcəssüm etdirilir. Romanın bütün əsas surətləri – Klod Frollo, Kvazimodo, Esmeralda, Feb, uydurma obrazlardır. Yalnız Pyer Qrenquar istisna təşkil edir və onun real tarixi prototipi vardır. Bu, XV əsrdə və XVI əsrin əvvəllərində Parisdə yaşamış şair və dramaturqdur. Romanda kral XI Lüdovikin və Burbon kardinalının da obrazları canlandırılır. Romanın süjeti hər hansı böyük tarixi hadisəyə əsaslanmır. Real faktlara gəldikdə isə yalnız Paris Notr-Dam kilsəsinin və orta əsrlər Parisinin ətraflı təsvirini göstərmək olar. Romanda topoqrafik təfsilatlar var. Bir tərəfdən Sena çayı ilə, digər tərəflərdən isə içərilərində V Karlın vəliəhdinin evi, şəhər bələdiyyəsi, kilsə, məhkəmə sarayı, edam və işgəncələr verilən yerlər olan binalarla əhatə olunmuş Qrev meydanı xüsusilə geniş və detallı təsvir olunur. Romanda bütün əsas qəhrəmanlar Qrev meydanında görüşürlər: burada kütlənin alqışladığı, Klodo Frollonun isə lənətlər yağdırdığı qaraçı qızı Esmeralda oynayıb-oxuyur, meydanın qaranlıq küncündəki miskin hücrədə dustaq qadın əzab çəkir, kütlənin arasında insanların etinasızlığından əziyyət çəkən şair Pyer Qrenquar dolaşır, onun yeməyə çörəyi, qalmağa yeri yoxdur. Burada, "təlxəklər kralı" Kvazimodonun gülünc tacqoyma mərasimi keçirilir. Sonra isə bu qəhrəmanın taleyinin kulminasiya nöqtəsini təşkil edən epizod – Esmeraldanın öz kuzəsindən ona su verməsi səhnəsi baş verir.

Əsərdə həmçinin kilsənin dağıdılması, xəzinəsinin talanması, pəncərələrinin qırılması və baş yepiskopların öldürülməsi məsələlərinə xüsusi diqqət çəkilir.

Uyğunlaşdırma

[redaktə | mənbəni redaktə et]
Filmin adı İstehsal tarixi Rejissor(lar) İstehsalçı Dili Vaxtı Büdcəsi Gəliri Film haqqında
Esmeralda 1905 Alis Qi-Blaşe,
Victorin-Hippolyte Jasset
Fransa Fransa Səssiz 10 dəqiqə - - Əsərə uyğunlaşdırılan ilk ekran işidir.
Notr-Damlı Qozbel 1911, Dekabr Albert Capellani Fransa Fransa, Pathé Frères
ABŞ ABŞ, General Film Company
Səssiz 36 dəqiqə - -
Parisin Sevgilisi 1917, 22 Yanvar J. Qordon Edvards ABŞ ABŞ Səssiz - - -
Esmeralda 1922 Edvin J. Kollins {{ {{{1}}} alias = Böyük Britaniya flag alias = Flag of the United Kingdom.svg flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg flag alias-1651 = Flag of The Commonwealth.svg flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg flag alias-ordu = Flag of the British Army.svg variant = altlink = miqyas =

}}, Universal Pictures || Səssiz || 13 dəqiqə|| - || - ||

Notr-Damlı Qozbel 1923, 2 Sentyabr Uallace Uorsley ABŞ ABŞ, Universal Pictures Səssiz 102 dəqiqə $1,250,000 $3,500,000
Notr-Damlı Qozbel 1939, 29 Dekabr Uilliam Dieterle ABŞ ABŞ, RKO Radio Pictures İngiliscə 116 dəqiqə $1,826,000[5] $3,155,000[5] Əsərə uyğunlaşdırılan ilk səsli filmdir.
Notr-Damlı Qozbel 1956, 23 Noyabr Jean Delannoy Fransa Fransa/İtaliya İtaliya, Paris Film Productions Fransızca 115 dəqiqə $1,000,0000 $2,250,000[6]
Notr-Damlı Qozbel 1986, 27 Avqust - Avstraliya Avstraliya/ABŞ ABŞ
ABŞ ABŞ, Image Entertainment
{{ {{{1}}}
alias = Böyük Britaniya flag alias = Flag of the United Kingdom.svg flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg flag alias-1651 = Flag of The Commonwealth.svg flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg flag alias-ordu = Flag of the British Army.svg variant = altlink = miqyas =

}}, The Rank Organisation || İngiliscə
Fransızca
İspanca || 52 dəqiqə || - || - || İlk animasiya filmidir.

Notrdam kilsəsinin qozbeli 1996, 21 İyun Qari Trousdale,
Kirk Uise
ABŞ ABŞ, Walt Disney Pictures İngiliscə 91 dəqiqə $100,138,851[7] $325,338,851[7] Animasiya filmidir.
Qozbelin Sirri - - - - - - - Animasiya filmidir.
Parisli Qozbel 1999 Patrik Timsit Fransa Fransa Fransızca 100 dəqiqə $11,000,000 $12,800,000 Komediya filmidir.
Serialın adı Yayım tarixi Rejissor(lar) İstehsalçı ölkə Dili Sezon sayı Seriya sayı Baş rollarda
Notr-Damlı Qozbel 08.03.1966–16.04.1966 Vincent Tilsley {{ {{{1}}} alias = Böyük Britaniya flag alias = Flag of the United Kingdom.svg flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg flag alias-1651 = Flag of The Commonwealth.svg flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg flag alias-ordu = Flag of the British Army.svg variant = altlink = miqyas =

}}|| İngiliscə || 1 || 7 || Peter WoodthorpeKvazimodo
Gay HamiltonEsmeralda

Notr-Damlı Qozbel 18.07.1977-? Alan Cooke {{ {{{1}}} alias = Böyük Britaniya flag alias = Flag of the United Kingdom.svg flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg flag alias-1651 = Flag of The Commonwealth.svg flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg flag alias-ordu = Flag of the British Army.svg variant = altlink = miqyas =

}}|| İngiliscə || ? || ? || Kenneth HaighKlaud Frollo
Uarren KlarkKvazimodo
Mişelle NeuellEsmeralda

Kvazimodonun Sehrli Macəraları 1996–1997 ? Kanada Kanada
Fransa Fransa
İngiliscə
Fransızca
1 26 -

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Viktor Hüqo Paris Notr-Dam kilsəsi" (az.). kitabyurdu.org. 2021-09-26 tarixində arxivləşdirilib.
  2. Məlahət Nəcəfova. "Yanğın baş vermiş Paris Notr-Dam Kilsəsi niyə bu qədər məşhurdur?" (az.). ona.az. 16 Aprel 2019. 2021-10-26 tarixində arxivləşdirilib.
  3. [1]Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine fr. Cathédrale d’art et d’histoire Vitraux Arxivləşdirilib 2013-07-03 at the Wayback Machine.
  4. BBC. "Qozbel Kvazimodo Notre-Dame kilsəsinin rəmzinə necə çevrilib?" (az.). bbc.com. 16 Aprel 2019. 2020-08-09 tarixində arxivləşdirilib.
  5. 1 2 Richard Jewel, 'RKO Film Grosses: 1931–1951', Historical Journal of Film Radio and Television, Vol 14 No 1, 1994 p37–49
  6. "Top Grosses of 1957", Variety, 8 January 1958: 30
  7. 1 2 "The Hunchback of Notre Dame". Box Office Mojo. June 10, 2003 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 5, 2012.
  8. *Paris Notr-Dam kilsəsi "Killer List of Videogames" saytında