Kürkənd, Novo Vasilyevka — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.
Kürkənd | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı |
15 may 2003-cü ilə qədər kəndin adı Novovasilyevka olmuşdur. Bu tarixdən sonra kəndin adı Kürkənd olaraq dəyişdirilmişdir.[1]
17 iyun 2003-cü il tarixində Kürkənd kəndi Neftçala şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Kürkənd kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yenikənd kənd inzibati ərazi dairəsinin tərkibindəki 2 №-li Mayak qəsəbəsi Kürkənd kənd inzibati dairəsinin tərkibinə verilmişdir.[2]
Neftçala Peşə Məktəbi burada yerləşir. Məktəb 1978-ci ildə yaradılıb. Məktəbdə aşağıdakı ixtisasalar üzrə kadr hazırlanır:[3]
1. Elektrik sayğaclarının istismarı üzrə elektrik montyoru və enerji nəzarətçisi
2. Traktorçu – maşinist
3. Geniş profilli traktorçu – maşınist, təmirçi – çilingər
4. Kimyəvi bakterioloji analiz lobarantı
5. Avtomobil və kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər
Azərbaycan Respublikasının Milli Məclisi № 458-IIQ qərarı.
Neftçala rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |