Nquyen Kao Ki (vyet. Nguyễn Cao Kỳ, tı-nom 阮高祺) (8 sentyabr 1930[1][2][…] – 23 iyul 2011[1][2][…], Kuala Lumpur[3]) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) hərbi və siyasi lideri, aviasiya marşalı.
Nquyen Kao Ki | |
---|---|
vyet. Nguyễn Cao Kỳ | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 sentyabr 1930[1][2][…] |
Vəfat tarixi | 23 iyul 2011[1][2][…] (80 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xəstəlik |
Dəfn yeri |
|
Partiya | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu, zabit, Vitse-prezident |
Dini | buddizm |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | general-mayor |
Elmi fəaliyyəti | |
Elm sahəsi | hərbi iş[d][4], siyasət[4] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Nquyen Kao Ki 8 sentyabr 1930-cu ildə anadan olmuşdur. O, Fransada uçuş təlimlərini bitirmiş və 1954-cü ildə Vyetnama qayıtmışdır.[5][5] Ki Vyetnam Respublikası Hərbi Hava Qüvvələrində müxtəlif vəzifələrdə çalışaraq sıravi pilotdan komandir və aviasiya marşalına qədər yüksəlmişdir. O, təxribat qruplarına zərbə endirmək üçün şəxsən Şimali Vyetnam üzərində uçmuşdur və həmçinin 1965-ci ilin fevralında VDR-yə ilk hava reydlərindən birində iştirak etdi.
Ki siyasi karyerasına 1965-ci ildə mülki hökumətin könüllü istefa verməsindən sonra Vyetnam Respublikasının Baş naziri təyin edilməsilə başlamışdır. Nquyen Van Thieu Kinin çətin münasibət qurduğu prezident olmuşdu. O, vəzifəsi dövründə korrupsiyaya qarşı nümayişkaranə mübarizəsi ilə yadda qalmışdır. O, 1967-ci il prezident seçkilərində Thieyi dəstəkləmiş və seçildikdən sonra vitse-prezident təyin edilmişdir. 1971-ci ildə növbəti seçkilərdə iştirak etmək niyyətində idi, lakin siyasi intriqalar nəticəsində niyyətindən əl çəkərək siyasətdən getmişdir.
1975-ci ildə Vyetnam Respublikasının hərbi məğlubiyyətindən sonra Ki ABŞ-yə mühacirət etmiş və burada Kaliforniyada məskunlaşmışdır. O, 2004-cü ildəVyetnam Sosialist Respublikasına səfər edən ilk Cənubi Vyetnam siyasətçisi olmuşdur. Bu, Cənubi Vyetnam mühacirətinin bir çox nümayəndəsinin qınanmasına səbəb oldu.
Üç dəfə evlənmişdir; ən azı altı uşaq atasıdır.
22 iyul 2011-ci ildə ağır xəstəlikdən sonra Malayziya xəstəxanalarından birində vəfat etmişdir.[6][7] Onun cəsədi kremasiya olunmuşdur. Bir az sonra qızı Nquyen Kao Ki Zuyen külünü ABŞ-yə gətirmişdir.[8]