Nu.D-38

Nu.D-38 — İlk Türk sərnişin təyyarəsi.

Modeli türk mühəndisləri tərəfindən hazırlanmış, mühərrikdən başqa bütün detallar türk mühəndisləri tərəfindən düzəldilmişdir. Nu.D-38 adıyla xatırlanan və saatda 325 km sürətlə uça bilən bu təyyarə 6 nəfərlik olub, cüt idarə, 2200 dövrlü 2 ədəd 160 at gücündə mühərriklə təhciz eidlmişdir. Boş çəkisi 1200 kq. Dolu ağırlığı isə 1900 kq-dır. Tam anbar yanacaq ilə 1000 km. olub 325 km. mənzil uçuşuna malikdir. 3,5 saat havada qala bilirdi. Yerdən səmaya 5500 metr hündürlükdə uşur.İlk sınaqları pilotlar Bəsri Alev və Mehmet Altunbay tərəfindən edilmiş və davam edən uçuşlarında Nuri Dəmirağ da qatılaraq bu təyyarə ilə Ankaraİzmirin yanında AfinaSelanikə də uçuş etmişdilər.

Sınaq uçuşlarında müsbət nəticələr alınması üzərinə 26 may 1944-cü il tarixində istehsal edilən "Nu.D-38" təyyarəsi İstanbul-Ankara səfərinə başladı. Təyyarədə 2 pilot, "Tasvir-i Efkar" qəzetinin sahibi Ziyat Ebüzziya, "Vətən" qəzeti müxbiri Faruk Feni və sahibi Nuri Dəmirağ vardı. Təyyarə Ankara Hava Limanına müvəffəqiyyət ilə endi. Atelyedə edilən Nu.D-38 təyyarələrinin testlərində istifadə edilmək üzrə Yeşilköydə, bu anda Atatürk hava limanı olaraq istifadə, Elmas Paşa Çiftliği satın alınaraq, 1559 hektar geniş bir ərazi üzərində, (1000 x 1300) metr ölçülərində bir uçuş sahəsi inşa edildi. Bu sahə üzərinə Nuri Dəmirağ Aviyasiya Uçuş Məktəbi, təyyarə və tank təmir sexi, anqarlar ilə dəniz təyyarələri üçün sahildə bir xizək düzəldildi. Almaniyaya sifariş edilən ancaq əvəzi ödənilməsinə baxmayaraq müharibənin başlamasıyla Türkiyəyə gəlməyən hangar Türk texnikləri tərəfindən inşa edildi. Yeşilköy müəssisələri 17 avqust 1941-ci ildə mərasimlə xidmətə açıldı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

http://www.kokpit.aero/ilk-turk-yolcu-ucagi-nu.d.38 Arxivləşdirilib 2016-12-29 at the Wayback Machine