Nur Bekri

Nur Bekri (uyğ. نۇر بەكرى; 9 avqust 1961) — uyğur mənşəli keçmiş Çin siyasətçisi. O, daha çox 2007-ci ilin dekabr ayından ÇKP partiya komitəsi rəhbərinin müavini və Sincan-Uyğur Muxtar Rayonunun regional hökumətinin sədri kimi tanınır.

Nur Bekri
نۇر بەكرى
努尔·白克力
Şəxsi məlumatlar
Doğum tarixi 9 avqust 1961(1961-08-09) (62 yaş)
Partiya
Təhsili
  • Sincan Universiteti[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1982-ci ilin dekabr ayından Çin Kommunist Partiyasının üzvü, 18-ci çağırış ÇKP Mərkəzi Komitəsinin üzvü (17-ci çağırışın namizədi).

Həyatı[redaktə | mənbəni redaktə et]

Milliyətcə uyğurdur.

1983-cü ildə Sincan Universitetinin siyasət fakultəsini bitirdi. Elə həmin universitetdə 1983-84-cü illərdə gənclər liqasının rəhbəri və 1984-cü ildən rəhbər müavini, 1989-1992-ci illərdə komsomol komitəsinin rəhbəri, 1992-1993-cü illərdə partiya komitəsinin təbliğat şöbəsinin müdiri. 1986-89-cu illərdə ÇKP Mərkəzi Komitəsi nəzdindəki Partiya məktəbində siyasi nəzəriyyə ixtisası üzrə təhsil almışdır.

Kaşğər administrasiyasının 1993-cü ildən köməkçisi, 1995-96-cı illərdə isə xüsusi nümayəndəsi olmuşdur.

1996-98-ci illərdə Sincan-Uyğur Muxtar Rayonu Regional Hökumətinin katibinin müavini olmuşdur.

1998-ci ildən ÇKP şəhər komitəsi rəhbərinin müavini və vitse-meri, 1998-2000-ci illərdə Urumçi şəhrinin meri idi. 2000-ci ilin dekabr ayından partiya komitəsinin daimi komitəsinin üzvü olmuşdur, 2001-ci ilin yanvar ayından Sincan Uyğur Muxtar Respublikası partiya komitəsi rəhbərinin müavini və eyni zamanda 2001-2003-cü illərdə partiya komitəsinin siyasi və hüquq komissiyası rəhbərinin müavini olmuşdur.

2007-ci ilin dekabr ayından Sincan Uyğur Muxtar Rayonu Regional Hökumətinin Sədri olmuşdur.[1]

O, Çin liderlərinin yüksələn altıncı nəsli arasında yer alır.[2]

Aprelin 2-də Ali Xalq Prokurorluğu Nur Bekrini rüşvət almaqda şübhəli bilinərək həbs etmək qərarına gəldi.[3] İyulun 25-də Lyaonin əyalətindəki Şenyan Aralıq Xalq Məhkəməsinin birinci instansiyası Nur Bekrinin məhkəməsinə başladı və ittihamçı Nur Bekrini 79.1 milyon rüşvət almaqda günahlandırdı. Dekabrın 2-də Şenyandaki Lyaonin Aralıq Xalq Məhkəməsi, Nur Bekriyə rüşvət aldığına görə ömürlük həbs cəzası verdi, onu ömürlük siyasi hüquqlarından məhrum etdi və bütün şəxsi əmlakını müsadirə etdi.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Нур Бекри избран председателем народного правительства Синьцзяна". 2020-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-13.
  2. "Nur Bekri | Chinese Leaders". 2019-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-13.
  3. "Arxivlənmiş surət". 2020-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-13.
  4. "原正部级官员努尔·白克力被判无期 受贿近8千万". bjnews.com.cn. 2019-12-02. 2019-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-02.