Nuri Səid (ərəb. نوري السعيد; dekabr 1888[1] və ya 1888[2], Bağdad – 15 iyul 1958[3][4][…], Bağdad) — İraq siyasi və dövlət xadimi. 1930–1958-ci illərdə fasilələrlə 8 dəfə İraq hökumətinə başçılıq etmiş, dəfələrlə xarici işlər naziri və hərbi nazir olmuşdur.
Nuri Səid | |
---|---|
ərəb. نوري السعيد | |
| |
3 mart 1958 – 18 may 1958 | |
23 mart 1930 – 3 noyabr 1932 | |
Sonrakı | Naci Şövkət |
25 dekabr 1938 – 31 mart 1940 | |
10 oktyabr 1941 – 4 iyun 1944 | |
21 noyabr 1946 – 29 mart 1947 | |
6 yanvar 1949 – 10 dekabr 1949 | |
15 sentyabr 1950 – 12 iyul 1952 | |
4 avqust 1954 – 20 iyun 1957 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | dekabr 1888[1] və ya 1888[2] |
Doğum yeri | |
Vəfat tarixi | 15 iyul 1958[3][4][…] |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Dini | islam, sünni islam |
Hərbi xidmət | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Nuri Səid 1888-ci ilin dekabr ayında Osmanlı imperiyası tərkibində olan Bağdad şəhərində anadan olmuşdur. O, hakimiyyət dövründə İraqda İngiltərə ağalığının mənafeyinin qızğın tərəfdarı olmuşdur. Səid Bağdad paktının yaradılmasının təşəbbüsçülərindən idi. O, ölkədə kommunist hərəkatı boğmaq siyasəti yeritmişdir. Səid 1958-ci il İraq inqilabı zamanı, 15 iyulda, 69 yaşında, anadan olduğu Bağdad şəhərində üsyançılar tərəfindən öldürülmüşdür.[5]