Nurol Ejder (türk Əjdaha), Nurol Makinanın buraxdığı bir Türkiyə istehsalı zirehli transportyordur.[1] İki modeli var: Ejder 6x6 və Ejder Yalçın 4x4.[2][3] Əməliyyat mənzili 700 km, maksimum sürəti 120 km/s təşkil edir.
Nurol Ejder | |
---|---|
Tipi | zirehli transportyor |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 2008 - davam edir |
İstismara başlanması | 1999 |
İstifadə edilən döyüşlər | Türkiyə-PKK konflikti |
İstehsal tarixçəsi | |
Konstruktor | Nurol Holdinq |
Xüsusiyyətləri | |
Ağırlığı | 18,000 kq |
Zireh | STANAG-4569 IV səviyyə |
Mühərrik | Cummins altı silindr turbo dizel mühərriki |
Güc nisbəti | 22.33 AG/ton |
Mühərrik gücü | 375-402 AG |
Əsas silah | 7.62 mm-lik və ya 12.7 mm-lik pulemyot |
Köməkçi silah |
25 mm zenit silahı 40 mm qumbaraatan |
Uzunluğu |
7.05 m (Ejder 6x6) 5.4 m (Ejder Yalçın 4x4) |
Eni |
2.69 m (Ejder 6x6) 2.5 m (Ejder Yalçın 4x4) |
Hündürlüyü |
2.4 m (Ejder 6x6) 2.3 m (Ejder Yalçın 4x4) |
Ekipaj |
2+10 (Ejder 6x6) 2+9 (Ejder Yalçın 4x4) |
Vikianbarda əlaqəli mediafayllar |
Əsas 6×6 versiyası uzaqdan idarə olunan 7.62 mm-lik pulemyot və 40 mm avtomatik qumbaraatan ilə təchiz edilmişdir. Müxtəlif silah sistemlərinin və 5 ton ağırlığa kimi silahlı qüllələrin inteqrasiyasını dəstəkləyir.[4] Mina və HHQ-lərdən qorunmaq üçün V formalı gövdəyə malikdir. 8 kq-a kimi mina partlayışlarına tab gətirə bilər. Müdafiəsi modulyar əlavə zireh ilə artırıla bilər.[4]
Bu vasitələrin bir çoxu 2008-ci ildə Gürcüstana satılmışdır.[5]
Avtomobilin dizayn tədqiqatlarına 2012-ci ilin son rübündə başlanılıb və əsas nəqliyyat vasitəsinin prototipi 2013-cü ildə IDEF-də nümayiş etdirilib. Nəqliyyat vasitəsinin kütləvi istehsalına 2014-cü ilin may ayında başlanılıb.[1]
Mina və HHQ-lərdən qorunma təmin etmək üçün üzən döşəmə plitələri və partlayışın təsirini azaldılması üçün oturacaqlara birləşdirilən V formalı gövdə dizaynına malikdir. 11 nəfərlik ekipaj götürə və ya 4 tona qədər yük daşıya bilər.[6]
Vasitə əlavə olaraq inteqrasiya edilmiş, uzaqdan idarə olunan və əllə işləyən silah stansiyaları ilə təchiz edilmişdir. Damda iki silah portu ilə təchiz edilmişdir. Nəqliyyat vasitəsinə quraşdırılmış əlavə silahlanmaya 7.62 mm-lik və 12.7 mm-lik pulemyotlar, 25 mm-lik zenit avtomatı və 40 mm-lik avtomatik qumbaraatan daxildir.[1]
Hər iki nəqliyyat vasitəsi də aşağıdakılarda daxil olmaqla müxtəlif rollarda istifadə edilə bilmək üçün konfiqurasiya edilə bilər:[4][6]