Nyctalus leisleri

Kiçik axşam yarasası (lat. Nyctalus leisleri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin axşam yarasası cinsinə aid heyvan növü. Orta böyüklükdə olan yarasalardır. Bədənin uzunluğu 58–72 mm, bazu sümüyünün uzunluğu 42–46 mm, çəkisi isə 16 qramdır. Bədənin üst tərəfinin xəzi açıq rəngdədir. Bel və qarın nahiyəsini örtən tüklərin xarakter xüsusiyyəti onların ikirəngli olmasıdır.

Kiçik axşam yarasası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Avropanın enliyarpaqlı meşə zolaqlarında (İngiltərəİrlandiyadan Orta Pevoljeyə və Qafqaza qədər) yayılmışdır. Areallarının şimal sərhəddi Novqorod, Yaroslav, Penza və Saratov vilayətlərindən, cənub sərhəddi isə Krımdan və Qərbi Zaqafqaziyadan keçir. Azərbaycanda yeganə tapıntı A. P. Kuzyakin tərəfindən 1939-cu ilin 3 sentyabrında Qusarda əldə edilmişdir.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Meşələr və parklar onların biotopları, yarpaqlı ağacların dairəvi formalı koğuşları isə əsas sığınacaqları hesab edilir. Yayın əvvəllərində 30–40-a qədər dişi fərd erkəklərdən ayrılaraq, kiçik koloniyalarda yaşayırlar. İyunda dişi 2, nadir hallarda 1 bala doğur. Balalar 1 aydan sonra uçma bilirlər. İyulun axırlarına yaxın balalardan ibarət koloniya dağılır. Avqustun sonları — sentyabrın əvvəlləri kiçik axşam yarasaları meşələrdən başqa yerlərə uçub gedirlər. Rusiya daxilində onların qışlama yerləri, uçuş istiqamətləri və uçma məsafələri məlum olmasa da, mövsümi uçuş etmələri güman edilir. Aprelin sonları — mayın əvvəllərində yaşayış yerlərinə qayıdırlar.

Hər yerdə nadir və azsaylıdır.

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0