Oğuz zəlzələsi — 1953-cü il sentyabrın 2-də baş vermiş 7 ballıq zəlzələ[1].
Oğuz zəlzələsi | |
---|---|
| |
Tarix |
|
Maqnituda | 7 |
Əhatəsi | Oğuz rayonu |
1953-cü il sentyabrın 2-də Vartaşen (indiki Oğuz rayonu) rayonununda 7 ball gücündə zəlzələ olmuşdur.
Bu zəlzələdən sonra yenə hiss edilən təkanlar içərisində ən güclüləri sentyabrın 5-də və 11-də olmuşdur (6 ball gücündə). Əsas zəlzələnin təsiri ən çox Vartaşen, Muxas və Cumat kəndlərində hiss edilmişdir. Əksər evlərin künc və divarlarında yarıqlar əmələ gəlmişdir. Bəzi yerlərdə divarlar bir-birindən aralanmış, pəncərə və qapıların üstləri uçmuşdur. Çiy kərpicdən tikilmiş yerli tipli binalara hamıdan çox ziyan dəymişdir. Antiseysmik qaydalara riayət edilməklə tikilən evlərə heç bir zərər toxunmamışdır. Həmçinin 10–12 kənddə evlərin barılarında yüngül yarıqlar əmələ gəlmişdir. Sincan kəndinin yaxınlığında 208 metr dərinlikdəki artezian quyusundan zəlzələ vaxtı 10 metrə qədər hündürlükdə su fəvvarə vurmuşdur.