Obi ivay (帯祝い?) – Yaponiyada hamilə qadınlara rahat doğuş arzulamaq üçün yerinə yetirilən adət. Həmiləyinin beşinci ayında qadının qarnına xüsusi paltar sarımaqla yerinə yetirilir.[1]
Adət "çakutay ivay" (着帯祝い?) kimi də tanınır. Bəzi regionlarda bu adət "obikake" (オビカケ?), "obişime" (オビシメ?) və ya "haraburumay" (ハラブルマイ?) adlanır.[2]
Obi ivay adəti qadının hamiləliyinin beşinci ayında, "İt günü" (戌の日, inu no hi?) adlandırılan xüsusi zodiak günündə yerinə yetirilir.[1] Bəzi regionlarda bu adət üçüncü və ya yeddinci ayda keçirilir.[2] Adət üçün bu günün seçilməsi itlərin rahat doğuş edən heyvanlar hesab olunmasıdır.[1]
Adət zamanı qadının qarnına ağ və ya qırmızı rəngdə ivata obi adlı xüsusi geyim növü sarılır. Uzunluğu adətən 2,3 metr olur. Paltar adətən qızın valideynləri (əsasən anası) tərəfindən düyü və qırmızı paxla ilə hədiyyə olunur. Mamaça və ya xəstəxana işçisi tərəfindən sarılır. Valideynlər və yaxın qohumlar hadisəni qeyd etmək üçün damplinq və qırmızı düyü bişirirlər.[2]