Od Ana

Od Ana — türk, altay və tatar mifologiyasında atəş ilahəsi. Müxtəlif türk dillərində Vot (Vut, Uğot, Uvot) Ana olaraq da bilinər. Monqollar Gal Ece deyərlər. Ocağı və içindəki atəşi qoruyar. Qırmızı paltar geymiş yaşlı bir qadındır. Od dilimlərilə dalğalanan qırmızı ipəkdən bir xalatı vardır. Gənc al bir madyan üzərində səyahət edir. Uzun qırmızı saçları vardır, saçları hörgülüdür və od dilimlərinə işarədirr. "Kırık Baştu Kıs Ene, Odus Baştu Ot Ene" olaraq təyin olunar. Döşləri çox böyükdür. Od Ana, ümumi olaraq evlərdəki və çadırlardaki ocaqları və atəşini qoruyar. Hər ocağa bir iye (qoruyucu ruh) göndərir. Yeddi oğlu vardır və yeddisi də od tanrısıdır. Yer üzündəki ilk ocağı Ülgənin qızları yandırmışdır. Sonra da Od Anaya əmanət etmişdir. Od Ana hər bir oda və ocağa bir iye (qoruyucu ruh) göndərir. Doqquz atəş çayının qovşağında doqquz guşəli mis bir evdə yaşayır. Evin, ölkənin qoruyuculuğunu da işarələr. Öz uşağını yediyi deyilər. Bu vəziyyət atəşin artıb-azalan yalımlı təbiətini xatırladar. Göy yerdən ayrılarkən yaradılmışdır. Monqollarda nikahın simvoludur. Karaçaylarda "Teb Ana" forması işlədilir və Tabıtı adlı skif od tanrısı ilə əlaqəlidir. Tatar mifologiyasında Od Atası, Od iyəsi və Od Anası bəzən tək bir varlığa verilən müxtəlif adlar olduğu müşahidə edilir. Lakin aralarındakı ən əhəmiyyətli fərq, Od iyəsinin yalnız müəyyən bir ocağa və ya atəşə bağlı olmasıdır. Od anası və Od atası isə bütün ocaqların və ateşlerin sahibidir və istədiyinin yanına gedə bilər. Od iyelerini bu atəşləri qorumaq üzrə Od Ana və Od Ata göndərir.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Od/Ot) kökündən törəmişdir. Atəş deməkdir. Monqolcada Od sözünün ulduz mənasına gəlməsi isə diqqət çəkicidir. Daqur dilində Hod söü də yenə ulduz deməkdir.

Mənbə[redaktə | mənbəni redaktə et]