Ülgən

Ülgən və ya Bay-Ulgentürk mifologiyasında əsas tanrılardan biri. Ölkən (Ülken, Ülgön) Xan və monqol dilində Ulgan Xan.

Ülgən
Mifologiya Türk mifologiyası

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Yaxşılıq tanrısıdır. Göyün 16-cı qatında yaşayır. Kayra Xanın oğludur. Qızıl Dağda, qızıl qapısı olan qızıl bir sarayda yaşayır. Qızıl bir taxt üzərində oturub. Kayra Xandan sonra ikinci dərəcədə əhəmiyyətə malikdir. Göy cisimlərini idarə edər. Meteoroloji hadisələrin ilk qaynağıdır. Biri ağ, digəri qara iki daşla gələrək (və ya Korbolko quşu ilə bu daşları göndərərək) insanlara od yandırmağı öyrətmişdir. Yaxşılıq etməyi sevər. Uzun saçları vardır. Yanında böyük bir qalxanı olur. Əlində ildırımlar göndərən bir yayı vardır. İldırımlar və şimşəklər onun silahıdır. İldırımla vurduğu şey müqəddəslik qazanır. Yeddi oğlu və yeddi qızı var. Göy (mavi) rəng ilə işarələnir. Göyün hakimidir. Dünyanı daşımaları və ya dəstək olmaları üçün üç ədəd balıq yaratmışdır. Əlindəki toppuzu, ağac köklərinə bənzər və elə geniş budaqlıdır. Bildiyimiz Günəş, Ay və ulduzlardan (bütün göy cismlərindən) çox uzaqda yaşayır. Biri sağında və digəri solunda iki ağ Günəş var. Bu göy cisimlərinin hər biri özünə çatmaq istəyən şaman üçün bir maneədir. Ən güclü şaman belə ən çox Altınkazık (Qütb) ulduzuna qədər çata bilər. Daha kənara gedə bilməz. Betimlenirken ağ, parlaq, səs-küyçü (künürtçi), yandırıcı (küygekçi), şimşəkçi (yalgınçı) kimi sifətlər işlədilir. Əzəli və əbədi qəbul edilir. Kainatın başlanğıcında yalnız Ülgən və Ərlik vardır. Qaz və qu cildinə girərək sonsuz suyun üzərində uçurlar. Tanrı Ülgən Erlikdən daha güclüdür. Erlikin etdiyi hiylələri anlayır və onu məzəmmət edir. Kayra Xan isə kainatdan əvvəl də mövcuddur. Yaşlı və müdrik bir görünüş ilə təsvir olunur. Üç, altı, doqquz və ya 12 ildə bir görkəmli mərasimlər edilərək özünə ağ kısrak qurban edilir. Üç börkü (başlığı) vardır, uzun saqqallıdır. Əslində çox vaxt bir arvadından bəhs edilmədiyi halda bir neçə yerdə yoldaşının adı "Taz xanım" (Keçəl xanım)dır. Mindiyi heyvan da Kelke adlı keçəl bir öküzdür. Monqolcada bir çox tanrının adının sonunda iştirak edən Ulagan (Ulağa) sözüylə də əlaqəli görünməkdədir. Voqullarda Ulgon olaraq iştirak edər və atəşin qaynağı olaraq görülər. Yeddi oğlu vardır, bunlar göyün yeddi qatını işarələr.

1. Qarşıt Xan, 2. Pura Xan, 3. Burça Xan, 4. Yaşıl Xan, 5. Qaraquş Xan, 6. Qanım Xan, 7. Baxtı Xan

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Ül/Ul) kökündən törəmişdir. Göyə aid, paylaşdırma, yaratmaq kimi mənalar ehtiva edər. Ulu, zəngin deməkdir.

Həmçinin baxın[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]