Odani no Kata

Oiçi no Kata (お市の方?, 1547, Naqoya14 iyun 1583, Kitanoşo qəsri[d]) və ya Odani no Kata (小谷の方?)Senqoku dövründə yaşamış yapon tarixi şəxsiyyət. Oda Nobunaqanın kiçik bacısı olmuşdur.

Oiçi
yap. お市の方
Doğum tarixi 1547
Doğum yeri
Vəfat tarixi 14 iyun 1583(1583-06-14)
Vəfat yeri
Həyat yoldaşları
Atası Oda Nobuhide[d]
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oiçi 1547-ci ildə Ovari əyalətində doğulmuşdur. Öz gözəlliyi ilə məşhur olmuşdur.[1] 1568-ci ildə qardaşı Oda Nobunaqanın istəyi ilə daymyo Azay Naqamasa ilə evlənmişdir.[2] Ərinin Omi əyalətində yerləşən Odani qəsrində yaşadığı üçün Odani no Kata adını götürmüşdür.[3]

1570-ci ildə Naqamasa Nobunaqaya qarşı çevrilmiş və 1573-cü ildə onun tərəfindən məğlub edilmişdir. Nobunaqa bacısının və üç kiçik qızının həyatı bağışlasa da, iki körpə oğlunun öldürülməsini əmr etmişdir. Oiçi bir müddət hamıdan ayrı yaşasa da, 1582-ci ildə Nobunaqanın öldürülməsindən sonra Oda Nobutaka ona müttəfiqi daymyo Şibata Katsuie ilə evlənməyi əmr etmişdir.[3] 1583-cü ildə Toyotomi Hideyoşi Kitanaşo mühasirəsini başlatmış və yaşadığı qəsri məhv etmişdir.[1] Oiçi əri ilə birlikdə yanğında ölməyə qərar vermişdir.[3]

Oiçinin üç qızı Yaponiya tarixində vacib şəxsiyyətlər olmuşdurlar. Birinci və ən məşhur qızı Yodo-dono Toyotomi Hideyoşinin ikinci arvadı və Toyotomi Hideyorinin anası olmuşdur. Ən kiçik qızı Oeyo şoqun Tokuqava Hidetada ilə evlənmişdir.[3]

  1. 1 2 The Japan Biographical Encyclopedia & Who's Who. səh. 1229
  2. Deal, William E. Handbook to Life in Medieval and Early Modern Japan (ingiliscə). Case Western Reserve University. 2006. səh. 23. ISBN 9780816074853. 2024-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2024.
  3. 1 2 3 4 Kodansha Encyclopedia of Japan. səh. 61