Odlu Torpaq arxipelaqı

Odlu Torpaq arxipelaqı (isp. Tierra del Fuego [ˈtjera ðel ˈfweɣo]) — Arxipelaq Cənubi Amerikanın cənubunda yerləşir və 40 min adadan ibarətdir. Ümumi sahəsi 73 753 km², ən böyük adası isə Odlu Torpaq adasının 47 992 km² sahəsi vardır.

Odlu Torpaq arxipelaqı
isp. Tierra del Fuego
Ümumi məlumatlar
Adaların sayı 40000
Ümumi sahəsi 47992 km²
Hündür nöqtəsi 170 m
Əhalisi 251.000 nəfər (2006-cı il)
Yerləşməsi
54°00′11″ c. e. 70°00′30″ q. u.HGYO
Ölkələr
Akvatoriya
Odlu Torpaq arxipelaqı xəritədə
Odlu Torpaq arxipelaqı
Odlu Torpaq arxipelaqı
Odlu Torpaqı arxipelaqı (Sakit okean)
Odlu Torpaqı arxipelaqı
Odlu Torpaqı arxipelaqı, Sakit okean
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arxipelaqa daxil adaların böyük hissəsi Çiliyə məxsus olan Maqalyanes-i-la-Argentina-Çilena vilayətinə daxildir. Odlu Torpaq adası isə iki ölkə arasında bölünüb. Argentinaya məxsus hissədə ərazi Odlu Torpaq, Antarktida və Cənubi Atlantika adaları vilayətinə daxildir.

Arxipelaq Cənubi Amerika materikindən Magellan boğazı, Antarktika ilə isə Dreyk boğazı ilə ayrılır. Arxipelaqın ən iri adası Odlu Torpaqdır. Cənub hissədə yerləşən OsteNavarino adaları bir-birindən Biql boğazı vastəsi ilə ayrılır.

Odlu Torpağın səmadan çəkilən şəkili

Ən hündür zirvəsi Darvin dağıdır (2488 m), əvvəllər isə Şipton zirvəsi (2469 m) hesab edilirdi. Arxipelaqın adalarının sahilləri çox parçalıdır. Bu relyef formalarına xüsusi ilə cənub-qərb hissədə daha çox rast gəlinir.

Arxipelaqın cənubunda Cənubi Amerika qitəsinin ən ucqar nöqtəsi olan Dieqo-Ramires adası yerləşir.

Fernan Magellan arxipelaqı naməlum cənub torpağının bir hissəsi hesab edirdi. Magellan ərazidən keçərkən yerli odpərəst əhalinin qaladığı tonqalların vulkan olduğunu zənn etmiş və bu səbəbdən ərazini Odlu Torpaq adlandırmışdır.

Odlu Torpağın koloniyalaşdırılması XIX əsrin ikinci yarısında Culius Popper tərəfindən həyata keçirilmişdir.

Odlu Torpaq adasında cənub yarımkürəsinin ən cənubda yerləşən şəhəri olan Uşuaya, Navarino adasında isə cənub yarımkürəsinin ən cənubda yerləşən yaşayış məntəqəsi olan Puerto Toro yerləşir. Əhalinin böyük qismi Odlu Torpaq adasında yaşayır.

Arxipelaqın əhalisinin bir qismi odpərəstlərdir. Onlar yqanlar adlanır. Materikə yaxın adalarda isə materikdən olan digər xalqlar yaşayır.