Ofeliya Məmmədzadə — aktrisa.
OFELİYA MƏMMƏDZADƏ | |
---|---|
Ofeliya Kamal qızı Məmmədzadə | |
Digər adları | Ofelya Məmmədzadə, Ofeliya Abbasova |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (67 yaşında) |
Həyat yoldaşı | Gündüz Abbasov |
Fəaliyyəti | Aktrisa |
Mükafatları |
Ofelya Məmmədzadə 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirmiş, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmağa başlamışdır. Burada H.Cavidin "Səyavuş" əsərində Kəndçi qızı, "İblis"də Rəna, S.Vurğunun "Vaqif" əsərində Gəlin və Gürcü qızı, C.Cabbarlının "Oqtay Eloğlu" əsərində Firəngiz, S.Rəhman "Yalan" əsərində Kəklik, İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Gövhər xanım obrazlarını məharətlə yaratmışdır. O,1965-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa kimi fəaliyyət göstərmişdir. O, 1999-cı ildə teatrdan çıxmış, 2005-ci ildə yenidən teatra qayıtmışdır. Uzun illər ərzində bu teatrın səhnəsində Asya, Telli (Ü.Hacıbəyov "Arşın mal alan", "O olmasın, bu olsun"), Matan xanım (Ş.Qurbanov "Özümüz bilərik"), Nazpəri (R.Hacıyev "Talelər qovuşanda"), Təşəkkür xanım (R.Mustafayev "Volqalı canan") rollarında çıxış etmişdir.Bu müddət ərzində bir çox yadda qalan obrazlar yaratmışdır. “Gəlməli, görməli, gülməli” Miniatür Teatrında yaratdığı obrazlar da unudulmaz olub.O. Məmmədzadə görkəmli gülüş ustaları Bəşir Səfəroğlu, Əliağa Ağayev, Hacıbaba Bağırov və başqaları ilə tərəf müqabil olub. Ofelya Məmmədzadə 20 mart 1987-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür.