Oiçi no Kata (お市の方?, 1547, Naqoya – 14 iyun 1583, Kitanoşo qəsri[d]) və ya Odani no Kata (小谷の方?) – Senqoku dövründə yaşamış yapon tarixi şəxsiyyət. Oda Nobunaqanın kiçik bacısı olmuşdur.
Oiçi | |
---|---|
yap. お市の方 | |
Doğum tarixi | 1547 |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyun 1583 |
Vəfat yeri |
|
Həyat yoldaşları |
|
Atası | Oda Nobuhide[d] |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Oiçi 1547-ci ildə Ovari əyalətində doğulmuşdur. Öz gözəlliyi ilə məşhur olmuşdur.[1] 1568-ci ildə qardaşı Oda Nobunaqanın istəyi ilə daymyo Azay Naqamasa ilə evlənmişdir.[2] Ərinin Omi əyalətində yerləşən Odani qəsrində yaşadığı üçün Odani no Kata adını götürmüşdür.[3]
1570-ci ildə Naqamasa Nobunaqaya qarşı çevrilmiş və 1573-cü ildə onun tərəfindən məğlub edilmişdir. Nobunaqa bacısının və üç kiçik qızının həyatı bağışlasa da, iki körpə oğlunun öldürülməsini əmr etmişdir. Oiçi bir müddət hamıdan ayrı yaşasa da, 1582-ci ildə Nobunaqanın öldürülməsindən sonra Oda Nobutaka ona müttəfiqi daymyo Şibata Katsuie ilə evlənməyi əmr etmişdir.[3] 1583-cü ildə Toyotomi Hideyoşi Kitanaşo mühasirəsini başlatmış və yaşadığı qəsri məhv etmişdir.[1] Oiçi əri ilə birlikdə yanğında ölməyə qərar vermişdir.[3]
Oiçinin üç qızı Yaponiya tarixində vacib şəxsiyyətlər olmuşdurlar. Birinci və ən məşhur qızı Yodo-dono Toyotomi Hideyoşinin ikinci arvadı və Toyotomi Hideyorinin anası olmuşdur. Ən kiçik qızı Oeyo şoqun Tokuqava Hidetada ilə evlənmişdir.[3]