Oka Təbiət Qoruğu (rus. Окский заповедник) ― Rusiyada, Meşçer ovalıqlarında, Oka və Pra çaylarının hövzəsində yerləşən qoruq. Qoruq böyük düzəlik çayları və meşəlik torf sahələrinə görə su quşları və gəmilər üçün əhəmiyyətli bir ərazidir. Qoruqda bizon və durna yetişdirmə mərkəzləri var. Ərazi 60-a yaxın Ryazan vilayətinin Spasskiy rayonunda, Ryazan şəhərinin 60 kilometr şimal-şərqində yerləşir.[2][3] 1994-cü ildə Pra və Oka çaylarının yaratığı allüvial düzənlik beynəlxalq əhəmiyyətli Ramsar sahəsi təyin edilmişdir.[4] Ərazi 1978-ci ildə UNESCO-nun İnsan və biosfer ehtiyatı təyin edilmişdir.[5] Qoruq rəsmi olaraq 1935-ci ildə yaradılıb və 55 722 hektar ərazini əhatə edir.
Oka Təbiət Qoruğu | |
---|---|
Sahəsi |
|
Yaradılma tarixi | 1935 |
Yerləşməsi | |
54°42′00″ şm. e. 40°40′48″ ş. u. | |
Ölkə | |
oksky-reserve.ru | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Oka Təbiət Qoruğu əsasən meşəlik torf sahələrindən (təxminən %90), bataqlıqlardan (%5) və quru ərazilərdən (%5) ibarətdir. Okanın qolu olan Pra boyunca daşqın hövzəsi uzanır. Qoruğa Oka və Pra çaylarından başqa Lamşa çayı və Qara çay da daxildir. Ərazinin hündürlüyü 80 ilə 200 metr arasındadır. Qoruğun sərhədi ətrafındakı ərazilər ot biçimi kimi az təsirli kənd təsərrüfatı fəaliyyətləri üçün istifadə olunur.[3]
Qoruq cənubi İsveçdən Ural dağlarına qədər uzanan, palıd, küknar, şam ağacalarından ibarət qarışıq meşə zolağı olan Sarmat meşələri ekoregionunda yerləşir.[6]
Ərazidə rütubətli kontinental iqlim hakimdir. Bu iqlim həm günlük, həm də mövsümi olaraq böyük temperatur fərqi olan mülayim yay və soyuq, qarlı qış ilə xarakterizə olunur.[7][8] Qoruqdakı orta temperatur fevral ayında 11.6 °C (52.9 °F), iyul ayında isə 19.8 °C (67.6 °F) olmaqla dəyişir. Yağıntı miqdarı olduqca dəyişkəndir: il ərzində orta hesabla 347-918 millimetr arasında dəyişə bilər. Ərazidə əsasən qərb və cənub-qərb küləyi hakimdir.[3]
Oka quruğu boyunca müxtəlif meşə növlərinə malikdir: tozağacı (Betula sp.), palıd (Quercus robur) və qızılağacın (Alnus glutinosa ) yayıldığı şam (Pinus sylvestris ) meşələri, laym və ağcaqayın ağacları olan palıd meşələri və küknar meşələri. Ərazidə sfaqnum bataqlıqları və daşqınların yaratdığı çəmənliklər var. Alimlər qoruqda 109 fəsiləyə aid 880-dən çox bitki növü aşkar etmişdir.[9]
Qoruğun faunası mərkəzi Avropa meşələrinə xasdır. Ərazidə ən çox rastlanılan məməlilər siçovullardır. Qoruqdakı əsas yırtıcılar tülkü, qurd və porsuqdur. Dırnaqlı heyvanlara isə maral, cüyür və çöldonuzu daxildir. Alimlər Oka qoruğunda 61 növ məməli, 266 növ quş, 11 növ amfibiya, 6 növ sürünən, 39 növ balıq və onurğasızların 3883 növünü qeydə almışdırlar.[9]
Qoruqda 1959-cu ildə yaradılmış Avropa Bizon Yetiştirmə Mərkəzi və 1979-cu ildə yaradılmış Durna Yetişdirmə Mərkəzi mövcuddur.[5]
Sərt bir təbiət qoruğu olan Oka qoruğu əsasən geniş ictimaiyyət üçün bağlıdır. Amma bununla birlikdə alimlər və "ekoloji təhsil' məqsədli ziyarətçilər park rəhbərliyi razılaşaraq qoruğa daxil ola bilər.[2]