Okan Konuralp (1973, Sakarya ili) — jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
Okan Konuralp | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin XXVIII çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — Ankara (I) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1973 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | Cümhuriyyət Xalq Partiyası |
Təhsili | ODTÜ |
Okan Konuralp 1973-cü ildə Sakarya ilinin Adapazarı ilçəsində anadan olub. ODTÜ Sosiologiya bölməsindən məzun olub. 1998-ci ildə Uğur Mumcu Araşdırmaçı Jurnalistlər Vəqfini bitirib.[1]
Müxtəlif media qurumlarında jurnalist olaraq çalışıb. 2004–2015-ci illərdə "Hürriyet" qəzetində silsilə məqalələri dərc olub. 2020–2023-cü illər arasında Radio və Televiziya Ali Şurası (RTÜK) üzvü vəzifəsində təmsil olunub.[1]
Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2015–2020-ci illərdə Cümhuriyyət Xalq Partiyası sədrinin Media üzrə Koordinatoru vəzifəsində çalışıb. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 28-ci çağırışda TBMM Rəqəmsal media Komissiyasının üzvü olub.[1]
İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.[1]