Okatse kanyonu təbiət abidəsi ( gürc. ოკაცეს კანიონი ) — Gürcüstanın İmereti bölgəsinə daxil olan Xoni bələdiyyəsində,[1] dəniz səviyyəsindən 520 metr yüksəklikdəki Zeda-Qordi kəndi yaxınlığında yerləşən, Okatse çayının eroziyası nəticəsində yaranmış kanyon.[2]
Okatse kanyonu təbiət abidəsi | |
---|---|
BTMB kateqoriyası — III (Təbiət abidəsi) | |
Sahəsi |
|
Yerləşməsi | |
42°26′52″ şm. e. 42°33′07″ ş. u. | |
Ölkə | |
apa.gov.ge/en/eco-touris… | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Okatse kanyonu təbiət abidəsi 14 kilometr uzunluğundakı Okatse çayının 2 kilometrlik bir hissəsidir. Çay vadisindəki eroziya 3–6 metr, bəzi yerlərdə isə 15–20 metr enində bir kanyon yaratmışdır. Kanyonun dərinliyi 20 ilə 100 metr arasında dəyişir. Kanyonda Kinçxa şəlaləsi təbiət abidəsi də daxil olmaqla bir neçə şəlalə və bir neçə kiçik göl var. Onlardan biri olan Oskapo 60 metr uzunluğundadır. Bəzi yerlərdə kanyon divarları az qala birləşib təbii mağaralar əmələ gətirir. Bunlardan biri Boqa adlanır və bu mağaradan kanyonun dibi görünür. Boqadan aşağıda kanyonun dərinliyi 100 metrə qədər artır. Geoloqlar burada Yer qabığından yüksələn bir tektonik plüm müəyyən etmişdirlər. Bu səbəbdən də çay vadisinin aşağı seqmenti vadinin orta seqmentinə nisbətən bir neçə on metr yüksəkdir. Yaranmış tektonik qırılma vadinin önünü kəsmiş və gil-qum çöküntülərinin toplandığı Qordi gölü əmələ gəlmişdir.[3] Kanyon boyunca karst sularının Okatse çayına töküldüyü bir neçə mağara mövcuddur.[2]
Kanyondakı bitki örtüyü davamlı su təminatından və kanyonun özünəməxsus mikroiqlimindən faydalanmış, vadinin meylli sahillərində olduqca böyük ağaclar böyümüşdür. Çay vadisi isə meşə-kolluqlarla örtülmüşdür.[2] Ərazinin tarixə qədərki florası Qordi gölünün dərinliyindəki 27 metr və ya daha çox qalınlığı olan çöküntülərin analizi ilə tədqiq edilmişdir.Pleystosen dövrünə aid Qordi gölünün çöküntüləri mövsümi yağışların aydın sübutlarına malikdir. Çünki burada hər ilə aid bir cüt uyğun təbəqə mövcuddur. Ərazidə aparılan palinoloji tədqiqatlar zamanı hal-hazırda bölgədə nəsli kəsilmiş arxaik flora növlərinin qalıqları aşkarlanmışdır. Qordi gölü çöküntülərinin daha yüksək təbəqələrində isə iqlimin yaratdığı tektogenezlə bağlı olaraq bu bitkilərin izlərinə rast gəlinməmişdir.[3]
Qordi kəndindəki Okatse kanyonu ziyarətçi mərkəzindən başlayan 6 km uzunluğundakı bir piyada keçidi tarixi Dadiani meşəsindəki 2300 m uzunluğunda daş döşənmiş hissədən başlayır və 780 m uzunluğundakı asma piyada keçidi başladığı nəzarət nöqtəsinə aparır. Bura quşları izləmək və selfi çəkmək üçün ziyarətçilərin ən sevdiyi yerdir. 989 pilləli metal pilləkəndən ibarət 645 metr uzunluğundakı ikinci daş döşənmiş yol ziyarətçiləri Okatse çayına və kanyonun dibinə aparır. Burada kanyonun eni 4 metrdən çox deyil və dərinliyi 50 metrdir.[2] Ziyarət mərkəzindən nəzarət məntəqəsinə avtomobil və ya velosipedlə də getmək mümkündür. Ziyarətçilər mərkəzində kafe, suvenir mağazası, geyim otağı və maşən dayanacağı mövcuddur. Okatse kanyonundakı əsas diqqət çəkən yerlərə Kinçxa şəlaləsi təbiət abidəsi, Dadiani meşə parkı və Dadiani qalasının xarabalıqları daxildir.[4][5]