Okinotori (yap. 沖ノ鳥島) və ya Parese-Vela (port. parece vela) — Filippin dənizində yerləşən, mərcanlardan ibarət olan atoll. Atol üç adacıqdan ibarətdir.
Okinotori | |
---|---|
yap. 沖ノ鳥島 | |
Ümumi məlumatlar | |
Adaların sayı | 3 |
Ümumi sahəsi | 0,0085[1] |
Hündür nöqtəsi | 1,5 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
20°25′53″ şm. e. 136°05′00″ ş. u. | |
Ölkə | Yaponiya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adaların maksimal hündürlüyü 1,5 metrdir. Ümumi sahəsi 8482 m²-dir. Rifin ümümi sahəsi isə 7,8 km²-dir. Bu Yaponiyaya məxsus olan ən cənubda yerləşən adalar qrupudur. Adalar ilə Tokio arasında məsafə 1740 km-dir. 3 adadan ibarətdir.
№ | Ada (rus.) | Ada (ing.) | Ada (yap.) | Sahəsi, km² |
---|---|---|---|---|
1 | Hisaki-Kocima (Şərq adası) | Higashi-Kojima | 東小島 | 1,6 |
2 | Kita-Kocima (Şimal adası) | Kita-Kojima | 東小島 | 6,4 |
3 | Minami-Kocima (Cənub adası) | Minami-Kojima | 南小島 |
Okinotori 1789-cu ildə ingilis gəmisi olan "İfigeniya" tərəfindən aşkarlanır və "Duqlas rifi" olaraq adlandırılır. 1922 və 1925-ci illərdə ərazini yapon dəniz donanması araşdırmışdır. 1931-ci ildə yaponiya adaları öz ərazisi elan edir. İnzibati baxımmından Tokio şəhər adirəsi, Oqasavara və ya Bonin adalarına daxil edir. Yaponlar adanı Okinotori-şima adalandırırlar.
Yapon donanması üçün atoll üzərində bir hidroplane bazasının qurulması əlverişli şərait yaradır. Filippin dənizinin mərkəzində yerləşməsi hərbi baxımdan genioş imkanlar meydana gətirir. Əslində Beynəlxalq hüquqa baxmımdan sualtı mercan rifi bir ölkə ərazisi kimi bəyan edilə bilməz. ancaq yaponiya adacıqları öz ərazisi elan etmişdir. Heç bir ölkə bununa etiraz etmir. Yapon hökuməti bu bazanı ictimaiyyətə "mayak və meteoroloji müşahidə platforması" kimi təqdim etmişdi. 1939 və 1941-ci illərdə başlayan tikinti işləri Sakit okeanda müharibənin başlaması dayanmışdır.
İkinci Dünya müharibəsi zamanı Okinotori Bonin adaları ilə birlikdə ABŞ tərəfindən işğal edilir. 1968-ci ildə isə Yaponiyaya qaytarılır. Adalar 1970-ci illərin sonlarına qədər diqqəti cəlb etmədi. 1983-cü ildə Yaponiya BMT-nin Dəniz Qanununa dair Konvensiyasını imzaladı. BMT Konvensiyası 1994-cü ildə qüvvəyə minmişdir. Okinotori adasını nəzərə alaraq Yaponiyaya 154,500 mil² xüsusi iqtisadi zona təxminən (400,000 km²) düşdü.
1970-ci illərdə iki parça qalmış olan dalğalarla yuyulan adaların fiziki eroziyasını dayandırmaq üçün, Tokio Metropoliti və sonra mərkəzi hökumət 1987-ci ildən 1993-cü ilə qədər adalar ətrafında betondan qoruyucular qurur. Birləşmiş Millətlər Təşkilatının Dəniz Qanununa dair Konvensiyası "bir adanın su səviyyədən yüksəkdə olan su ilə əhatə olunmuş təbii olaraq qurulan bir torpaq sahəsi" olduğunu bildirir. Xüsusi iqtisadi zonaya və adanın qitə şelfinə olan hüquqlar Konvensiyanın müddəalarına uyğun olaraq müəyyən edilir. Bunun üçün Yaponiyanın hər zaman adanın dəniz səviyyəsindən saxlanması lazımdır.