Bonin adaları və ya Oqasavara adaları (yap. 小笠原諸島) — adalar qrupuna 40-dan çox ada daxildir. Adalar Yaponiya ilə Marian adaları arasında yerləşir.
Bonin adaları | |
---|---|
yap. 小笠原諸島 | |
Ümumi məlumatlar | |
Adaların sayı | 41 |
Ümumi sahəsi | 84 - 104 km² |
Əhalisi | 2.440 nəfər (2000-ci il) |
Yerləşməsi | |
26°59′53″ şm. e. 142°13′05″ ş. u. | |
Ölkə | Yaponiya |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
YUNESKO-nun Ümumdünya irsi, obyekt № 1362 ing. • rus. • fr. |
Adalar bir necə qrupdan ibarətdir: Mukocima (Perri), Çiçicima (Biçi), Hahacma (Beyli) və b. Bura daxil adaların hər birinin sahəsi 84–104 km² arasında dəyişir.
Arxipelaqdan cənub-şərqdə və cənub-şərsə iki tənha ada vardır. Bəzən bu Okinotori və Minamitori adaları Bonin qrupuna daxil edilir.
Bonin adaları vulkanik baxımından aktiv bölgədə yerləşir. Kazan adalarından şimalda 2013-cü ildə baş vermiş vulkan püskürməsi nəticəsində yeni ada əmələ gəlmişdir. Bir necə aydan sonra yeni ada Nisinoşima adası ilə birləşmişdir[1], rəsmi adı olmasada sahəsi böyüyür[2].
Okean subtropik iqlimə malikdir.
Yaponiya adalara 1875-ci ildən sahibdir. İkinci Dünya müharibəsi dönəmində adalar ABŞ tərəfindən işğal edilmişdir. 1968 ildə geri Yaponiyaya qaytarılmışdır. Arxipelaqın cənubunda İoşima adasında yapon hərbi-dəniz bazası yerləşir.
1970-ci ilə olan məlumata görə adalarda cəmi 300 nəfər yaşayırdı. Hazırda isə adalarda 2440 nəfər yaşayır. 2000 nəfəri Çiçidzima, 440 nəfər isə Hahadzima adalarında yaşayır. Ada sakinləri əsasən yaponlar və avropalılarla sakitokean xalqlarının qarışığından ibarətdir. Demək olar ki, əhalinin hamısı yapon dilinində sərbəst şəkildə danışa bilir.