Oktyabrskoe (oset. Октябрыхъæу[2], inquş Шолхи[3]) — Rusiya Federasiyası, Şimali Osetiyanın Priqorodnı rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Priqorodnı rayonunun və Oktyabrskoe kənd sovetliyinin mərkəzidir.
Oktyabrskoe | |
---|---|
Октябрыхъæу, Карца Шолхи | |
43°04′ şm. e. 44°44′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1859 |
İlk məlumat | 1770 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 645 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 363130 |
Kənd Kambileyevka çayının hər iki sahilində, Vladiqafqazdan 70 km şimal-qərbdə yerləşir.
Müasir kənd XVIII əsrin ikinci yarısında qurulmuşdur. Bu zaman mərkəzi Anquşta olan Böyük İnguşdan kənarda mərkəzi Şolxi kəndi olan Kiçik İnquş bölgəsini fortmalaşmışdır.
1859-cu ildə keçmiş Şolxi kəndinin yerində, Kambileevskaya Sunja müdafiə xətti quruldu. Bu məntəqə 1867-ci ildə ləğv edildi və Tarski xutoruna çevrildi.
Rusiya Vətəndaş müharibəsi zamanı inquşların əksəriyyəti bolşeviklərin tərəfini saxladığından, 1922-ci ildə kazakların yaşadığı kəndlərin əhalisi deportasiya edildi və yerlərinə inquşlar köçürüldü.
1924-cü il 7 iyul tarixində keçmiş adı Şolxi ona qaytarıldı və kənd İnquş Muxtar Vilayətinə verildi (5 dekabr 1936-cı ildən Çeçen-İnQuş Muxtar Vilayəti).
23 fevral 1944-cü ildə çeçen və inquşların Qazaxıstan və Orta Asiya ərazisinə deportasiyası zamanı bölgə Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasına birləşdirilir və Şolxi kəndi Kartsa olaraq adlandırıldı
1965-ci ildə RSFSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Kartsa kəndi Oktyabrskoe adlandırıldı[4].
1992-ci ilin noyabrında Osetin-İnquş münaqişəsi zamanı kəndə ciddi ziyan dəydi. 1993-cü ildən bəri kənd fəal şəkildə bərpa olunur.
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
osetinlər | 9 110 | 87,3 % |
ruslar | 973 | 9,3 % |
ermənilər | 108 | 1,0 % |
gürcülər | 96 | 0,9 % |
digərləri | 149 | 1,4 % |
ümumi | 10 436 | 100 % |
Oktyabrskoe rayonunda fəaliyyət göstərən böyük müəssisələr: Oktyabrski konserv zavodu və Oktyabrski qida fabriki[6][7]. Yerli «Alanxim» stadionunda «Avtodor» FK və «FAYUR Beslan» FK (2010-cu ildən) ev oyunlarını keçirir.
Prigorodnı Rayon İdarəsi,
1 nömrəli orta məktəb,
2 nömrəli orta məktəb,
Uşaq musiqi məktəbi,
Uşaq İncəsənət Məktəbi,
Rayon Mədəniyyət Sarayı,
Rayon kitabxanası,
Rayon Xəstəxanası,
Prigorodnı rayonunun 1 nömrəli yanğınsöndürmə məntəqəsi,
Rayon Məhkəməsi,
Rayon vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi.