Olena Dmitraş (1 dekabr 1991, Bila Çerkva, Kiyev vilayəti) — Ukraynanı təmsil edən bədii gimnast. Olena Dmitraş 2008, 2012 və 2016-cı ildə Ukraynanı Olimpiya Oyunlarında təmsil etdi. Dmitraş həm də I Avropa Oyunlarında bir gümüş və bir bürünc medal, Universiada Oyunlarında isə bir qızıl, üç gümüş və iki bürünc medal qazanıb.
Olena Dmitraş | ||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ukr. Олена Миколаївна Дмитраш | ||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||
Tam adı | Olena Nikolayevna Dmitraş | |||||||||||||||||||
Vətəndaşlığı | Ukrayna | |||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||
Doğum yeri | Kiyev, Ukrayna | |||||||||||||||||||
Boyu | 172 sm | |||||||||||||||||||
Çəkisi | 49 kq | |||||||||||||||||||
İdman növü | Bədii gimnastika | |||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||
19 oktyabr 2016 tarixində yenilənib. |
Olena Dmitraş birinci dəfə Olimpiya Oyunlarına 2008-ci ildə qatıldı. Pekin şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 31.100 xal topladı və sonuncu, 8-ci yeri tutdu.
Olena Dmitraş ikinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 54.375 xal topladı və 5-ci yeri tutdu.
Olena Dmitraş 2016-cı ildə Ukrayna bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yevgeniya Qomon, Oleksandra Qridasova, Valeriya Qudim və Anastasiya Voznyak ilə birgə final yarışlarında 34.282 xal topladı və 7-ci yeri tutaraq mübarizəni dayandırdı.