Valeriya Qudim (1 mart 1995, Kiyev) — Ukraynanı təmsil edən bədii gimnast. Valeriya Qudim 2012 və 2016-cı ildə Ukraynanı Olimpiya Oyunlarında təmsil etdi. Qudim həm də I Avropa Oyunlarında bir gümüş və bir bürünc medal, Universiada Oyunlarında isə bir qızıl, üç gümüş və iki bürünc medal qazanıb.
Valeriya Qudim | ||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ukr. Валерія Василівна Гудим | ||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||
Doğum tarixi | 1 mart 1995 (29 yaş) | |||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||
Boyu | 168 sm | |||||||||||||||||||
Çəkisi | 50 kq | |||||||||||||||||||
İdman növü | bədii gimnastika | |||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||
19 oktyabr 2016 tarixində yenilənib. |
Valeriya Qudim birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 54.375 xal topladı və 5-ci yeri tutdu.
Valeriya Qudim 2016-cı ildə Ukrayna bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Olena Dmitraş, Yevgeniya Qomon, Oleksandra Qridasova və Anastasiya Voznyak ilə birgə final yarışlarında 34.282 xal topladı və 7-ci yeri tutaraq mübarizəni dayandırdı.
İdmançı və ya məşqçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |