Oleni adası

Oleni adasıMinin şxeri arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Rusiya Federasiyası, Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Ada Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. Ada Minin şxerinə daxil olan digər adalar kimi 1740-cı ildə kəşf edilmişdir. Adalar şturman Fyodr Alekseyeviç Mininin şərəfinə adlandırmışdır. O, Böyük Şimal Espedisiyasının Ob-Yenisey dəstəsinə rəhbərlik etmişdir.

Oleni adası
rus. Олений
Ümumi məlumatlar
Hündür nöqtəsi 64 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
74°45′13″ şm. e. 85°28′48″ ş. u.
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Oleni adası xəritədə
Oleni adası
Oleni adası

Ərazisi Böyük Arktik qoruğu ərazisinə daxildir. Oleni adasından şimalda Ploski və Mısovıy adaları, şərq və şimal-şərqdə Şkolnikov boğazı arxasında Sirkul adası və materik yarımadası olan Minin yarımadası, cənub-şərqdə Xmıznikov boğazı arxasında Skalistiy adası, cənubda isə Plavnikovıye adaları yerləşir. Yaxınlığında yerləşən nisbətən iri ada Sirkul adasıdır. Ada ilə Rusiyanın materik hissəsi ilə arasında məsafə 4 km-dir.

Ada parçalanmış formaya malikdir. Ətrafında çoxlu sayda körfəz və buxta vardır. Ümumilikdə isə qərbdən şərqə doğru uzanır. Onun uzunluğu şərqdə Povorotnı burnundan, qərbdə Urvansev burnuna qədər məsafədə 18 km, eni isə 9,5 km məsafədə uzanır.

Adanın böyük hissəsini üç hamar təpə yerləşir. Onlardan biri qərbdə Olenaya (49 m) və mərkəzi hissədə hündürlüyü 64 metr, cənub-şərqdə isə hündürlüyü 26 metr olan iki adsız yüksəklik. Sahillərində iki nisbətən iri körfəz vardır:Olenya və Urvansev. Adada olan yüksəkliklərdən qarın əriməsi zamanı kiçik arxlar axır. Adanın cənubşərqində yarımada yerləşir. Bu yarımada ilə adanın arasında isə dərinliyi 16 metr olan buxta vardır. Yarımada adaya ensiz bərzəxlə birləşir. Şimal hissəsində çoxlu sayda kişik adalar vaerdır.

Adanın sahilləri əsasən düzəndir. Ancaq cənub-qərb sahillərində hündürlüyü 3 metr olan sıldırımlı sahillər vardır. Adanın ərazisi əsasən nadir tundra bitkiləri ilə örtülüdür. Burada mamırşibyələrlə örtülüdür. Hər üç yüksəklikdə geodeziya məntəqəsi fəaliyyət göstərir. Ətrafı ilin böyük qısmi buzla örtülü olur. Qısa yay dönəmində buzdan azad olsa da kiçik buz parçaları yayda da onun ətrafında üzür.

Oleni adasını digər adalardan ayıran və materikdən ayıran boğazlar — Şkolnikov və Xmıznikov. Boğazlar sovet hidroqrafları İsak Bensiannoviç Şkolnikov[1] və Pavel Konstantinoviç Xmıznikovun[2] şərəfinə adlandırılmışdır.