Oleq Məmmədov - ötən əsrin 80-ci illərində məşhur sovet nəşri olan “Sobesednik” qəzetinin yaradıcısı və rəhbəridir. O.Məmmədov həmçinin Rusiyada Azərbaycan diasporunun inkişafına böyük töhfə verib.
Oleq Məmmədov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan |
Vəfat tarixi | |
Vəfat yeri | Moskva |
Vəfat səbəbi | Xərçəng xəstəliyi |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | "Azərbaycan Konqresi" qəzeti |
Fəaliyyət illəri | 1968 - 2018 |
Oleq Məmmədov 1951-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin məzunu olan Oleq Məmmədov 40 ildən çox jurnalistika sahəsində çalışıb. O, 1968-78-ci illərdə "Molodyoj Azerbaydjana" qəzetində faəliyyət göstərib. O. Məmmədov 1989-91-ci illərdə “Komsomolskaya pravda” qəzetinin xarici ölkələrdə xüsusi müxbiri olub.[1]
Onun fəaliyyətinin bir hissəsi Rusiyadakı Azərbaycan diasporunun mətbuat orqanları ilə bağlı olub. Belə ki, O. Məmmədov 2000-2005-ci illərdə "Azərros" qəzetinin baş redaktoru, son vaxtlara qədər isə Ümumrusiya Azərbaycan Konqresinin mətbuat orqanı olan "Azərbaycan Konqresi" qəzetində redaktor kimi çalışıb.[2]
Oleq Məmmədov 2018-ci il yanvarın 19-u uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən dünyasını dəyişmişdir. Jurnalist yanvar ayının 21-də Moskvanın Perepeçinsk məzarlığında dəfn edilmişdir.