Olginskaya qadın gimnaziyasının binası

Olginskaya qadın gimnaziyasının binası
Binanın xarici görünüşü
Binanın xarici görünüşü
Binanın xarici görünüşü
Ölkə Rusiya Rusiya
Ölkə Şimali Osetiya
Şəhər Vladiqafqaz
Yerləşməsi Markus küçəsi, 24
Memarı Nikolay Malama
İnşası ???—1875 illər
Mərtəbə sayı 2
Vəziyyəti əla

Olginskaya qadın gimnaziyasının binasıŞimali Osetiyanın Vladiqafqaz şəhərində şəhərsalma və memarlıq abidəsi. Rusiyanın federal əhəmiyyətli mədəni irs obyekti (No 1530235000). O, Markus küçəsi, 24 ünvanında yerləşir. XIX əsrin sonunda Olginskaya gimnaziyası şəhərin ən böyük tikililərindən biri[1] və Vladiqafqazda ilk əsaslı binalardan biri idi.[2]

Vladiqafqaz şəhərində 1861-ci ildə batareya komandiri Verevkinin həyat yoldaşı[3] təşəbbüsü ilə qadınlar üçün xeyriyyə ibtidai məktəbi yaradıldı.[1] Yığılan xeyriyyə vəsaiti hesabına dərs vəsaitləri alındı və tikiş dərsləri keçmək üçün müəllim işə götürüldü. 1865-ci ildə Qafqaz qubernatoru, knyaz Mixail Nikolayeviç Romanov həyat yoldaşı, knyaginya Olqa Fedorovna Vladiqafqazda olarkən bu məktəbə baş çəkdi, bundan sonra bu məktəbin ehtiyacları üçün illik 150 rubl həcmində müavinət ayırdı. Bu səfərdən sonra şəhər rəhbərliyi məktəbə birdəfəlik 2000 rubl və illik 1000 rubl yardım da ayırdı. 1866-cı ildə general Çertkov Vladiqafqazda təhsilin inkişafı üçün şəhər rəhbərliyinə 11 min rubl bağışladı. Bölgənin rəhbəri Mixail Loris-Məlikov bu vəsaiti Verevkinanın məktəbinə köçürməyi əmr etdi.[4][5]

1867-ci ildə məktəb dövlət statusu aldı və şahzadə Olqa Fedorovnanın şərəfinə "2-ci kateqoriyalı Olqa qadın məktəbi" adlandırılmağa başlandı.[2] 1869-cu ildə məktəb müasir binanın yerləşdiyi Maryinskaya küçəsində torpaq sahəsi alır.[5] Bu yerdə məktəbin ilk müvəqqəti binası tikilmiş, o, tezliklə “Olginskaya qadın gimnaziyası” adı ilə gimnaziyaya çevrilmişdir.[6][2] 8 sentyabr 1874-cü ildə Olginskaya qadın gimnaziyasının təntənəli açılışı oldu. 1875-ci ildə memar Nikolay Dmitriyeviç Malama tərəfindən layihələndirilmiş müasir gimnaziya binası tikilmişdir.[7][6][2].

Binada olan ev kilsəsinin günbəzi

Binada 1892-ci ildə bizim dövrümüzə qədər gəlib çatmış ev kilsəsi açılmışdır.[7][2]

1893-cü ildə gimnaziyada pedaqoji siniflər açıldı.[6]

Gimnaziyada təhsil pullu idi. Aztəminatlı qız tələbələr üçün təqaüd sistemi var idi. Xüsusilə, Terek ordusu hər il otuz gimnaziya şagirdinin hazırlanması üçün vəsait ayırırdı.[8] 1890-cı illərin ortalarında gimnaziyada 11 əsas və 6 paralel sinif var idi. Burada 600-ə yaxın tələbə təhsil alırdı. 1917-ci ilin sonunda gimnaziyada 1063 məktəbli qız oxuyurdu.[7][5]

Oktyabr inqilabından sonra binada Vladiqafqaz Fəhlə və Əsgər Deputatları Soveti və Rusiya Sosial Fəhlə Partiyası şəhər komitəsi fəaliyyət göstərirdi. 1920-ci ildən gimnaziyada sonradan Şimali Osetiya Dövlət Universitetinə çevrilən Tersk Xalq Təhsili İnstitutu (1922-ci ildən - Şimali Osetiya Pedaqoji İnstitutu[1]) yerləşirdi. 1938-1939-cu illərdə Sovet İttifaqı Qəhrəmanı Georgi Kaloyev burada təhsil alıb.

1937-ci ildə institutun həyətində Aleksandr Puşkinin, 1962-ci ildə isə həmin yerdə Kosta Xetaqurovun büstü qoyulmuşdur.[5]

1942-ci ildə binada 2008-4045 saylı evakuasiya hospitalı yerləşirdi və Şimali Osetiya rabitə briqadasının xalq milislərinin 1-ci alayının bölmələri də burda yerləşirdi.

Hazırda binada K.L.Xetaqurov adına Şimali Osetiya Dövlət Universitetinin Fizika və Texnologiya fakültəsi yerləşir.

  1. 1 2 3 Торчинов В. А., Владикавказ., Краткий историко-краеведческий справочник, стр. 148
  2. 1 2 3 4 5 Цаллагов С. Ф., Владикавказ — летопись в камне, Книга-фотоальбом, стр. 56
  3. Киреев Ф. С., По улицам Владикавказа, стр. 89
  4. Киреев Ф. С., По улицам Владикавказа, стр. 89 — 90
  5. 1 2 3 4 "Самая престижная". 2020-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-31.
  6. 1 2 3 Торчинов В. А., Владикавказ., Краткий историко-краеведческий справочник, стр. 147
  7. 1 2 3 Киреев Ф. С., По улицам Владикавказа, стр. 90
  8. Киреев Ф. С., По улицам Владикавказа, стр. 91
  • Киреев Ф. С., Маркуса — Марьинская/ По улицам Владикавказа, Владикавказ, Респект, 2014, стр. 87 — 95, ISBN 978-5-906066-18-4.
  • Торчинов В. А., Владикавказ., Краткий историко-краеведческий справочник, Владикавказ, Северо-Осетинский научный центр, 1999, стр. 147—148, ISBN 5-93000-005-0
  • Цаллагов С. Ф., Владикавказ — летопись в камне, Книга-фотоальбом, Владикавказ, дизайн-студия «Веста», 2008. — 136 стр., илл. 320

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]