Olke.az

Ölkə.az — 2014-cü ildə təsis edilmiş xəbər agentliyi.[1]

Olke.az
Loqonun şəkli
URL olke.az
Tipi xəbər saytı[d]
Dilləri Azərbaycan dili
Sahibi Rüfət Qasımzadə[d]
Açılma tarixi 15 iyul 2014

Haqqında[redaktə | mənbəni redaktə et]

Ölkə.az 2014-cü il iyulun 15-də yaradılıb. Hazırda Azərbaycanın onlayn media məkanında mühüm aparıcı informasiya agentliklərindən biridir. Agentlik Azərbaycanda, regionda və dünyada baş verən hadisələr barədə oxucularına operativ məlumatlar verir, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edir.[2] Müstəqil informasiya siyasəti həyata keçirən "Ölkə.az" media qurumu saytında Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.[3]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

"Ölke.az" müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Sayt obyektiv və müstəqil olaraq şərhsiz xəbər yayır. Sayt işinin qurulmasında və aparılmasında redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da iştirak edə bilərlər. Redaksiyanın əlaqə vasitələri ilə oxucular qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları var. Agentlik Azərbaycan dilində fəaliyyət göstərir. Həmçinin, 2015-ci ilin sentyabr ayından "Azərbaycan Mətbuat Şurası"nın üzvüdür.[4]

Azərbaycan dilində ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ xəbərlər, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Gün ərzində saytda 130-dan çox xəbər dərc olunur. Agentliyin özəl xəbərlərini gün ərzində 100-dən çox yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir.[5] "Ölkə.az" xəbər agentliyi mütəmadi olaraq beynəlxalq və yerli tədbirlərin informasiya dəstəkçisi kimi çıxış edir. "Ölkə. Az" xəbər portalının günlük unikal izləyici sayı 50–70 min, aylıq isə 2 milyon ziyarətdən artıqdır.[6]

"Ölkə.az"-ın rəhbəri Rüfət Qasımzadə Əli oğludur. Həmçinin o, "Gənclərin Sağlam İnkişafı" İctimai Birliyinin sədridir.[7]

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • "Ölkə.az" Xəbərlər və İnformasiya nominasiyası üzrə 2015-ci ildə həm "NETTY", həm də "Milli Net" mükafatlarının qalibi olmuşdur.[8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "olke.az". olke.az. 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2022.
  2. "Ölkə.sx aktiv media resurslarının siyahısına qatılıb". baku.ws. 2022-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2022.
  3. ""Ölkə.Az" xəbər agentliyi". unikal.az. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2022.
  4. "Ölkə.az operativ şəkildə oxuculara informasiya çatdırır". report.az. 2022-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2022.
  5. "Ən son yenilikləri operativ şəkildə oxuculara çatdırır". azpolitika.info. 2022-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2022.
  6. ""Ölkə.Az" portalının fəaliyyəti". aqreqator.az. İstifadə tarixi: 6 sentyabr 2022.[ölü keçid]
  7. ""Ölkə.Az" xəbər agentliyinin direktoru, təsisçi: Rüfət Qasımzadə". olke.az. 2022-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2022.
  8. "Ölkə.Az ilin ən yaxşı xəbər saytı seçildi". olke.az. İstifadə tarixi: 6 sentyabr 2022.[ölü keçid]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]