Olqa Budina

Olqa Aleksandr qızı Budina (doğ. 22 fevral 1975, Odintsovo, Rusiya SFSR, SSRİ) — rusiyalı teatr və kino aktrisası, romansların ifaçısı, Rusiya dövlət mükafatı laureatı (2001).[1]

Olqa Budina
Ольга Будина
O.Budina XXV Beynəlxalq Film Festivalında
O.Budina XXV Beynəlxalq Film Festivalında
Doğum adı Olqa Aleksandrovna Budina
Doğum tarixi (48 yaş)
Doğum yeri Odintsovo, SSRİ
Milliyyəti Rus
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1996-günümüzədək
Təhsili Ali Dram məktəbi
İstiqamət Kinematoqrafiya
Tanınma səbəbi MDB ölkələri
Mükafatları Rusiya dövlət mükafatı laureatıtı (2001)
IMDb ID0119022
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Olqa Budina 22 fevral 1975-ci ildə Moskva vilayətinin Odintsovo şəhərində dünyaya gəlmişdir.

O humanitar liseyin tarix-ədəbiyyat sinfində təhsil almışdır. Məktəbi "üçsüz" bitirən Olqa humanitar elmlərdə daha uğurlu idi. O həm də sosial işlərdə fəallığı ilə seçilirdi.

Yaradıcılığı hələ məktəb illərindən başlamışdır. Musiqi məktəbinin akkordeon sinfində müvəffəqiyyətlə təhsil alaraq pianoda ifa etmişdir.[2] Ona dəfələrlə məktəbdə keçirilən bayram və tamaşaların quruluşu əmanət edilmişdir.[2] Liseydə o özünün şəxsi teatrını yaratmış və "Noxud üstündə yatan şahzadə qız" adlı muzikl təsis etmişdir. Kostyumlar hazırladı. Məktəb xoru və orkestrın solisti oldu.

O solist kimi dəvət olunaraq həvəskar vokal və instrumental ansamblın tərkibində məktəb şənliklərində çıxış edirdi.[2]

9-cu sinfi bitirdikdən sonra Qnesinin adını daşıyan Dövlət Musiqi Kollecinə qəbul olmaq üçün çalışdı. Uğursuzluğa uğrayan Olqa tam orta təhsilini başa vurmaq üçün məktəbə geri döndü.[2]

Yuxarı siniflərdə oxuyan zaman o Moskva Dövlət Universiteti tərkibində ənc filoloqlar məktəbini bitirmişdir. 3-cü kateqoriyalı bələdçi olaraq Odinstovo yaxınlığında yerləşən Puşkinin kəndi olan Zaxarovada turlar təşkil etmişdir. Həmçinin özünü keyfiyyətli müəllim olaraq da sınaqdan keçirmişdir.[2]

Məktəbi bitirdikdən bir il sonra o yenə də Qnesinin adını daşıyan musiqi kollecinə qəbul olmağı planlaşdırmışdır. Lakin, sənədlərin kollecə verilməsi zamanı o fikrini dəyişərək Şukinin adını daşıyan Ali Dram məktəbini seçmişdir. Daxil olmaq üçün maksimal bal toplayan Olqa teatr universitetinin tələbəsi olmuşdur. İmtahan Komitəsinin başçısı Vladimir Etuş idi.

Olqa Budinanın universitetdə bədii rəhbəri Marina Panteleyeva olmuşdur. İlk zamanlar dərslər Olqaya çətin gəlirdi. İlk sessiyada ona qiymətlər şərti olaraq yazılmışdır və hətta onun universitetdən uzaqlaşdırılması məsələsi də müzakirə edilmişdir. Böyük səy göstərən Olqa öz işlərini nizamlamağı bacardı və növbəti sessiyada ən yüksək nəticəni göstərmiş oldu.

İkinci kursda oxuyarkən Olqa Budinaya "Mosfilm" tərəfindən qısametrajl "Balaca şahzadəni oynayırıq" filminə çəkilmək təklif olundu. Lakin, bu həyata keçmədi.

Peşəkar kino sahəsində Olqa Budinanın ilk rolu Qleba Panfilovun "Romanovlar. Kral ailəsi" filmində Anastasiya Nikolayevna obrazı olmuşdur. O dördüncü kurs tələbəsi olaraq imperial ailənin nümayəndəsini oynamışdır.

Filmin çəkilişləri zamanı o Moskva teatrının tamaşalarında çıxış etməyə və Şunkin adına kollecə qəbul olmağa etinasız yanaşdı. 1997-ci ildə isə bunlardan heç birinə nail ola bilmədi. Filmlərdə epizodik rollar ifa etdi, "Sadə həqiqətlər", "DDD Detektiv Dubrovskinin sənədi", "Çek", "Ölüm direktoriyası", "Bizə bir peyğəmbər göndərmək...?" adlı seriallara çəkilməyə başladı. Bununla yanaşı,"Bis" adlı yumoristik televiziya tamaşasında da rol almışdır.

O.Budina P. İ. Çaykovski adına konsert zalının səhnəsində.

2000-ci ildə Olqa Budina bütün ölkə ərazisində milli populyarlıq qazanmağa nail olmuşdur. Buna səbəb onun Aleksandr Mittanın "Sərhəd.Tayqa romanı" filmində çəkilməsi idi. Həmin ildə XXII Moskva kinofestivalında filmin premyerası keçirilmişdir.

2000-ci ildəki uğurunun ardınca yeni rol təklifləri almağa başladı. Onlar arasında Rusiyanın qabaqcıl aktyorlarının da rol aldığı, Dostoyevskinin "İdiot" əsərinin motivləri əsasında çəkilmiş film də var idi. Tarixi triller olan «Bəyazid» Valentin Pikulun romanı əsasında çəkilmişdir. Olqa Budinanın rol aldığı digər film isə Vasili Aksyonovun "Moskva əfsanəsi" adlı çoxseriyalı film idi.

24 sentyabr 2012-ci ildən 29 avqust 2014-cü ilə qədər o "Rossiya 1" telekanalında "Ən vacib olan" verilişinin qurucularından olmuşdur.[3]

Kitab[redaktə | mənbəni redaktə et]

2007-ci ildə Eksmo nəşriyyatı Olqa Budinaya aid kitab nəşr etmişdir. Bu təxminən Olqa Budinanın gündəliyi tipdə idi.[4]

Xeyriyyə fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Olqa Budina bir neçə ildir ki, Uqliçdə yerləşən uşaq evinə rəhbərlik edir.[5][6] 2011-ci ildə onun xeyriyyə vəsaiti kimi topladığı iki milyon rubl binanın təmiri üçün sərf edilmişdir.[7] 27 dekabr 2012-ci ildə "Rossiya 1" telekanalı bu hadisə barədə canlı yayımda məlumat yaymışdır.[6] Bu hadisə Rusiya İstintaq Komitəsinin diqqətini cəlb etdi.[7] Yanvar ayında bu barədə cinayət işi açıldı.[8] Fevralın 1-də prokurorluğa verdiyi ifadəsində aktrisa bu faktları təkzib etmişdir.[9] Mayın 30-u bu barədə məhkəməyə sənədlər göndərilmişdir.[10]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

2004-cü ildə Olqa Budina sahibkar Aleksandr Naumov ilə ailə həyatı qurmuşdur.[11] 2006-cı onlar ayrıldılar.[12] Bu evlilikdən 2004-cü il təvəllüdlü bir oğulları vardır.

Mükafatlar[redaktə | mənbəni redaktə et]

  • Ədəbiyyat və incəsənət sahəsində Rusiya dövlət mükafatı laureatı (2001).[1]
  • İlin ən yaxşı aktrisası ("Pervıy Kanal") (2002).[13]
  • XXV Beynəlxalq Film Festivalının münsiflər heyətinin ən gənc üzvü olmuşdur (2003).
  • Mixayıl Lomonosov və Şöhrət ordeni.[14]
  • "Rusiya əfsanəsi" mükafatının sahibi[14]
  • Kinematoqrafiya sənəti və elmi Milli Akademiyasının akademiki.[14]
  • Kinematoqrafçılar İttifaqı İdarə heyətinin üzvü.[14]
  • Çoxsaylı film festivallarının mükafatçısı və iki dəfə "Oskar"a namizəd olan yeganə rusiyalı aktrisa.[14]
  • AVON şirkətinin ilk rusiyalı siması olmuşdur (2007).[15]
  • Rusiyanın 10 ən gözəl xanımı siyahısının iştirakçısı ("Rusiya reportyoru") (2008).[16]
  • Olqa Budinanın adı Oxatan bürcü altında olan 9-cu ulduza verilmişdir.[17]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

``Bəyazid`` - Olqa Yeqorovna Xvoşinskaya (2003)

``Sərhəd.Tayqa romanı`` - Marina Qalaşokina (200)

``DDD Dubrovskinin Detektiv Sənədi`` - Lera (1999)

``Daun Xaus`` - Mariya (2001)

``Ölüm direktoriyası`` - Janna (1999)

``Sadə həqiqətlər`` - Vera Sereyevna Markelova,ingilis dili müəllimi (1999)

``Qaliblərdən çiçəklər`` - Liza (1998)

``Bizə bir peyğəmbər göndərmək...?`` - Vika (1998)

``Kiçik şahzadəni oynayırıq`` - aktrisa (1996)

``Onun həyat yoldaşının gündəliyi`` - Qalina Plotnikova (2000)

``Hücum altında olan imperiya`` - Olqa (2000)

``Romanovlar.Kral ailəsi`` - böyük knyaz Anastasiya Nikolayevna (2000)

``Çek`` - katibə (2000)

``Salomeya`` - Salomeya (2001)

``Dəmiryol romansı`` - Vera (2002)

``İdiot`` - Aqlaya İvanovna Yepançina (2003)

``Kiçik lordun sevinci və kədəri`` - Nora (2003)

``Moskva dastanı`` - Nina Qradova- Kitayqarodskaya (2004)

``Stalinin xanımı`` - Nadejda Alliluyeva (2006)

``Qar adamı üçün boyunbağı`` - Katya (2007)

``Doktor Selivanovanın şəxsi həyatı`` - Yelena Leanardovna Selivanova (2007)

``Ağır qum`` - Yelena Maisovna (2008)

``Feniks sindromu`` - Tatyana (2009)

``Yerli həkim`` - Olqa Samoylova (2010)

``Ana ürəyi`` - Vera İqorovna Quryanova (2010)

``Yerli həkim. Yeni həyat`` - Olqa Samoylova (2011-2012)

``Yerli həkim.Davam`` - Olqa Samoylova (2012)

``Yerli həkim.Qayıdış`` - Olqa Samoylova (2013)

``Eynşteyn.Sevgi teoremi`` - Marqarita (2013)

``Bütün məşhurların tənliyi`` - Anna Samoylova (2008)

``Yerli həkim.Zidd sevgi``- Olqa Samoylova (2014)

Televiziya[redaktə | mənbəni redaktə et]

  • 2006 — "Tanrıya şükür, sən gəldin" — qonaq
  • 2007 — "Sabahın xeyir, Rusiya!" — proqramın aparıcısı, RTR kanalı
  • 2010 — "Axşamın xeyir, Moskva" — proqramın aparıcısı, "Mərkəz TV "
  • 2010 — "Zirka+zirka" — şounun iştirakçısı, "1+1" kanalı, "Ukrayna"
  • 20122014 — Ən vacib olan — proqramın aparıcısı, "Rossiya 1"

Teatr fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Qlaktika teatrı[redaktə | mənbəni redaktə et]

2011 - A.P.Çexov "Ailə xoşbəxtliyinin resepti" (rejissor N.Skorik, A.Qordienko, A.Bibilyurov)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "УКАЗ Президента РФ от 10.06.2002 N 572 «О ПРИСУЖДЕНИИ ГОСУДАРСТВЕННЫХ ПРЕМИЙ РОССИЙСКОЙ ФЕДЕРАЦИИ В ОБЛАСТИ ЛИТЕРАТУРЫ И ИСКУССТВА 2001 ГОДА»". 2012-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-14.
  2. 1 2 3 4 5 Денис Анипченко. "Ольга Будина" (rus). 6 Май 2010. 2012-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-09.
  3. Надежда Шульга. "Ольга Будина расскажет о самом главном". kp.ru (rus). «Комсомольская правда». 19 Сентября 2012. 2012-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-24.
  4. "Дневник Ольги Будиной: говорящая беременность" (rus). 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-24.
  5. "Углич: угличская газета №208 :: Ольга Будина подарила праздник детям-сиротам". 2014-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-14.
  6. 1 2 "В Угличском детдоме еду сиротам готовили из тухлых продуктов". 2014-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-14.
  7. 1 2 "Прокуратура и именитые гости не видели в Угличском детдоме «поганок на потолке», про которые поведала актриса". NEWSru. 1 февраля 2013. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-04.
  8. В отношении директора угличского детдома возбуждено уголовное дело - Аргументы и Факты Ярославль
  9. "Прокуратура опровергла слова Будиной о нарушениях в детдоме Углича — Элина Труханова — Российская газета". 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-14.
  10. "Новости - Центральный федеральный Округ - interfax-russia.ru". 2018-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-14.
  11. "Акадо. Ру". 2014-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-14.
  12. Сайт газеты «Комсомольская правда», Мария Ремизова, 3 ноября 2006 года[ölü keçid]
  13. "Актёры советского и российского кино". 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-14.
  14. 1 2 3 4 5 "Театральный марафон". 2014-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-14.
  15. "Лицом AVON стала Ольга Будина". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-14.
  16. "«Русский репортёр» № 8 (38) от 6 марта 2008 года". 2008-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-10.
  17. "Сноб.ру". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-14.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]