Omura Sumitada

Omura Sumitada (大村 純忠?, 1533[1], Naqasaki prefekturası23 iyun 1587)Yaponiya tarixində xristianlığı qəbul etmiş ilk daymyo.[2] Xristianlığa keçdikdən sonra özünə Bartolomeu adını götürmüşdür.[2]

Omura Sumitada
yap. 大村純忠
Doğum tarixi 1533[1]
Doğum yeri
Vəfat tarixi 23 iyun 1587(1587-06-23)
Vəfat səbəbi vərəm
Vətəndaşlığı
Fəaliyyəti daymyo

Həyatı[redaktə | mənbəni redaktə et]

Sumitadanın mənsub olduğu Omura ailəsi Kamakura dövründən etibarən Hizen əyalətinin Sonoqi bölgəsində[a] məskunlaşmışdı.[2] Sumitada 1533-cü ildə qonşu daymyo Arima Haruzuminin oğlu kimi doğulmuş, 1538-ci ildə Omura ailəsi tərəfindən övladlığa götürülmüşdür.[2] O, ailədaxili müxalifətə baxmayaraq 1551-ci ildə ailənin başçısı olmuşdur.[2] Yaxın qohumları ilə olan münaqişələrdən və gəlirinin azlığından narazı olan Sumitada daymyo statusunu gücləndirmək üçün portuqal tacirlərlə və yezuitlərlə əlaqələr qurmaq qərarına gəlmişdir.[2]

1562-ci ildə ona məxsus olan Yokoseura limanında yezutilər üçün böyük imtiyazlar vermiş, bunun qarşılığında portuqallar illik ticarətlərini Hirado limanından bu limana yönləndirmişdirlər.[2] 1563-cü ildə Sumitadanın xristianlığı qəbul etməsi səbəbilə başlayan üsyan zamanı Yokoseura limanı məhv edilmişdir.[2] Lakin portuqallar 1571-ci ildən etibarən ona məxsus olan FukudaNaqasaki limanlarına gəlməyə başlamış, hətta Sumitadaya hərbi yardım göstərmişdirlər.[2] O, 9 iyun 1580-ci ildə Naqasaki bölgəsini "daimi olaraq" Yezuitlər ordeninin ixtiyarına vermiş, onlara inzibati və məhkəmə gücü, hətta ölüm cəzası vermək hüququ qazandırmışdır.[2]

1584-cü ildə Şimazu ailəsinin ordusu Naqasakini işğal etmiş, 1587-ci ildə isə Toyotomi Hideyoşi Şimazunu məğlub edərək Naqasakini öz torpaqlarına daxil etmiş və antixristianlıq barədə hökm çıxarmışdır.[2] Sumitada bu hökmdən 2 ay qabaq ölmüşdür.[2]

Sumitada 1585-ci ilə qədər 60.000 yaponu xristianlığa keçməyə məcbur etmiş, 87 kilsə tikdirmiş, buddistşinto məbədlərini məhv etmişdir.[2] Onun bu addımları Hideyoşi tərəfindən tənqid olunmuşdur.[2] Sumitada 1582-ci ildə Avropanın katolik ölkələrinə göndərilmiş Yaponiya nümayəndəliyinin sponsorlarından biri olmuşdur.[2]

Qeydlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild (Niju–Saka). Tokio: Kodansha. 1983. səh. 104. ISBN 0-87011-626-6. İstifadə tarixi: 10 avqust 2022.