On əmr (1956, film)

On əmr - 1956-ci il amerikan epik-dram filmi. İncil əsasında çəkilmiş filmdə fironun bacısı tərəfindən övladlığa götürülən və Misir şahzadəsi kimi böyüyən, amma əslində yəhudi olan Musanın yəhudiləri qulluqdan xilas edərən Sina dağına aparmasından və sonrasında olan hadisələrdən bəhs edir.

On əmr
ing. The Ten Commandments
Janr dram filmi, roman ekranlaşdırması[d], macəra filmi[1], tarixi film[1]
Əsas mövzu Quldarlıq quruluşu
Baş rollarda
İstehsalçı Paramount Pictures
Distribütor Paramount Pictures, Netflix
İlk baxış tarixi 8 noyabr 1956 (ABŞ)
Müddət 220 dəqiqi (ara ilə)
Büdcə 13 milyon dollar
Ölkə Amerika Birləşmiş Ştatları
Dil İngiliscə
İl 1956
Rəng rəngli
IMDb ID0049833
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yuxusunun yozumunu dinlədikdən sonra firon I Ramses Misirdə doğulan bütün yəhudi uşaqlarının öldürməsini əmr edir. Yokabel hələ çağa olan oğlunu qurtarmaq üçün onu səbətdə Nilə buraxır. Fironun yaxın vaxtlarda dul qalan qızı Biziah (gələcəkdəki firon I Setinin bacısı) səbəti tapır və qulluqçusu Memnetin uşağın yahudi olmasından narahat olmasına baxmayaraq uşağı övladlığa götürür. Biziah uşağa Musa adını verir.

Şahzadı Musa böyük sərkərdə olaraq böyüyür və gələcəkdə Efiopiya ilə olan savaşı ittifaq quraraq qazanır. Musa və Nefretiri bir-birləriə aşiq olurlar. Ancaq Nefretiri kraliyyət soyunu qorumaq üçün bir sonrakı fironla evlənmək məcburiyyətindədər. Yeni bir şəhər inşa etdirən Musa ona ibrani tanrısından bəhs edən daş ustası Yaşua ilə tanış olur. Musa anası olduğunu bilmədiyi yaşlı Yokabeli daş altında qalıb əzilməkdən qurtarır.

Musa tikintidə qullarla rəftarı qaydaya qalır. Ancaq Musanın ögey qardaşı, Setinin oğlu Ramses onu üsyana hazırlıqda günahlandırır. Musanın bu yolla yahudilərin daha məhsuldar işləmələrini deməsi Ramsesin ağlına Musanın yəhudilərin qurtarıcı hesab etdiyi xilaskar olması fikrini gətirir.

Nefretiri Memnetdən Musanın ibrani əslli olduğu öyrənir. Xəbər yayılmasın deyə Memneti öldürür. Amma Musa otaqda Memnetin illər uzunu saxladığı yəhudilərə aid parça tapır. Nefretiri məcbur qalıb hər şeyi açıqlayır. Musa Biziahı bioloji anası, qardaşı Harun və bacısı Məryəm ilə tanış olduğu Yokabelin evinə qədər izləyir.

Musa onlarla işləyərək qullar haqqında daha çox şey öyrənir. Nefretiri Musadan firon olanda xalqına kömək edə bilməsi üçün saraya dönməsini istəyir. Musa son bir missiyanı yerinə yetirəndən sonra bunu etməyi qəbul edirş Musa Bakayı öldürərək Coşuanı ölümdən xilas edir və Coşuaya əslində onun da yəhudi olduğunu açıqlayır. Datan bu etirafı eşidir və bunu şahzadə Ramsesə çatdırır. Tutulandan sonra Musa xilasedici olmadığını, ancaq əlindən gəlsə, qulları azad edəcəyini deyir. Seti şahzadə Ramsesi tək varisi elan edir və Ramses Musanı səhraya sürgün edirş Bu əsnada Musa anasının ölümünü öyrənir. Musa səhranı keçərək Mədyəndəki bir quyuyla rastlaşır. Orada quldurlardan yeddi bacını qoruduqdan sonra Musa İbrahimin tanrısına sitayiş edən bədəvi şeyxi olan qızların atası Şueyb ilə birlikdıə qalır. Musa Şueybin ən böyük qızı Sefora ilə evlənir. Daha sonra Misirdə yəhudilərin məruz qaldığı əzablardan qaçan Çoşuanı tapır. Musa qoyunları otardığı vaxtda Sina dağının zirvəsindıə yanan kolu görür və Allahın səsini eşidir. Musa yəhudiləri sərbəst buraxmaq üçün Misirə qayıdır.

Musa yəhudiləri qulluqdan xilas etmək üçün artıq firon olmuş II Ramsesin qarşısına çıxır və hamının gözü qarşısında Musanın əsası kobraya çevrilir. Buna qarşılıq olaraq fironun sehirbazları da asalarını kobraya çevirir. Amma Musanın ilanı onlarınkını udur. Firon açığından yəhudilərə kərpic düzəltmək üçün saman verilməsini qadağan edir. Nefretiri Musanı evli olduğunu açıqladığı ibranilər tərəfindən daşlanmaqdan qurtarır.

Misir vəbanıbn əsarətindədirş Musa bayramda Nili qana boyayır və fironun sarayına yanan dolu yağdırır. Musa Misirə gələcək bir sonrakı bəlanın fironun özü tərəfindən çağrılacağı haqqında ona xəbərdarlıq edirş Vəbadan əsəbləşən Ramses ilk doğulan bütün yəhudilərin ölməsini əmr edir. Ancaq bu ölüm bulud halında yerə enir və Ramseslə Nefretirinin uşağı da daxil olmaqla Misirin bütün ilk doğulanlarını öldürür. Varisini itirməsindən dolayı ümidsiz olan firon Misirdən Çıxışa başlayan yəhudiləri sürgünə göndərir.

Nefretiri tərəfindən ələ salındıqdan sonra Ramses savaş arabalarıyla yəhudiləri Qırmızı dənizə qədər izləyir. Musa misirliləri alov burulğunu ilə durdurmaq və Qırmızı dənizi harmaq üçün tanrının yardımından istifadə edir. Yəhudilər təhlükəsiz yerə çıxdıqdan sonra Misir ordularını boğmaq üçün suları sərbəst buraxdı. Məğlub olmuş Ramses Musanın ilahını tanrı olaraq qəbul etdiyini deyərək Nefretiriyə əliboş qayıdır.

Musa yenidən Yeşua ilə birlikdə dağa qalxır. O, Allahın yaratdığı On əmri iki daş lövhədə görür. Bu vaxt səbirsiz Datan istəksiz Harunu qızıldan dana bütü düzəltməyə məcbur edir. Yəhudalar Allahın yolundan uzaqlaşır.

Allah Musaya olanları xəbər verdikdən sonra Musa dağdan enir. Gəlib olanları gördükdə lövhələri qızıl dana bütünə atır və onu parçalayır, yoldan çıxmışları öldürür və gidərlərini 40 il səhrada gəzməyə vadar edir. Daha sonra yaşlı Musa yəhudiləri Kənana doğru aparır. Ancaq əvvəllər Rəbbə itaətsizlik göstərdiyinə görə vəd edilmiş ölkəyə girə bilmir. Bunun əvəzinə Yaşuanı lider olaraq adlandırır və Nebo dağında yəhudilər ilə vidalaşır.

  1. 1 2 3 4 5 Česko-Slovenská filmová databáze (çeş.). 2001.