Çarlton Heston (ing. Charlton Heston; 4 oktyabr 1923[1][2][…] – 5 aprel 2008[3][4][…], Beverli-Hillz, Kaliforniya) — ABŞ aktyoru.
Çarlton Heston | |
---|---|
ing. Charlton Heston | |
Doğum adı | John Charles Carter |
Doğum tarixi | 4 oktyabr 1923[1][2][…] |
Vəfat tarixi | 5 aprel 2008[3][4][…] (84 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı, Altsheymer xəstəliyi |
Dəfn yeri | |
Fəaliyyəti | televiziya aktyoru, kino aktyoru, kinorejissor, səsləndirmə aktyoru[d], avtobioqraf[d], teatr aktyoru, sindikatçı[d], aktyor, ssenarist, siyasi fəal[d], siyasi fəal[d], aktivist, hərbi qulluqçu, rejissor, yazıçı, zabit |
Fəaliyyət illəri | 1950–2003 |
Təhsili | |
Boyu | 189 sm |
Mükafatları |
|
IMDb | ID0000032 |
Vikianbarda əlaqəli mediafayllar |
Çarlton Heston 4 oktyabr 1923-cü ildə anadan olmuşdur. Gələcək aktyor Heston, aktyor sənəti ilə hələ müharibəyə qədər maraqlanmağa başlamış və "Per Günt" həvəskar tamaşasında baş rolu oynamışdı[5]. İkinci Dünya müharibəsi vaxtı Aluet adasında pilot olmuşdur. O, həm də Nyu-Yorkda fotomodel işləmiş və manekençi işləyən gələcək həyat yoldaşı ilə də orada tanış olur. 1948-ci ildə "Antoni və Kleopatra" Brodvey tamaşasında öz debütünü edir.
Çarlton Heston 1950-ci ildə "Qaranlıq şəhər" nuar janrında çəkilmiş triller filmində qisasçı rolunu ifa etmişdi. Bert Lankaster "Dünyanın ən böyük şousu" filmindən sonra (1952) Hestonu Hollivudun irəlidə olan aktyorları sırasına çəkib gətirir. O, özünə tamam səciyyəvi bir tipaj seçmişdi. Ateist olan Lankaster Bibliya personajlarını oynamaqdan imtina edirdi və bu rolları Hestona verirdilər. O, dünya tarixinin ən əfsanəvi və təsirli anlarını göstərən filmlərdə çəkilmişdir. Heston 1956-cı ildə "On qadağa" filmində Musa peyğəmbəri, 1959-cu ildə isə ona "Oskar" bəxş etmiş "Ben-Hur" filmində Ben Huru ifa etmişdir[6]. 1968-ci ildə Heston gözlənilmədən "Meymunlar planeti" fantastika filmində baş rolu oynamalı olur. Bu rolun sayəsində o, yeni tamaşaçı kütləsinə tanındı.
Çarlton Heston yeddi dəfə ABŞ Kinoaktyorlar Gildiyasının prezidenti seçilmiş və uzun müddət Amerika Kino İnstitutunun sədri vəzifəsində işləmişdir.
1998-ci ildə prostat vəzinin xərçəngindən müalicə alan Heston 2002-ci ildən – özündə olan Alsheymer xəstəliyinin əlamətlərini hiss edib bunu geniş kütləyə elan edəndən sonra ictimaiyyət arasına çıxmırdı.
Çarlton Heston 5 aprel 2008-ci ildə vəfat etmişdir.