Onomakrit (q.yun. Ὀνομάκριτος, e.ə. 530[1], Afina – e.ə. 480[1]) — Yunanıstan xresmoloqu, yəni orakulların qabaqcadan dediyi proqnozlar toplusunun tərtibçisi. tiran Pisistratın Afinadaki sarayında yaşayırdı. Əfsanəyə görə, Homerin poemalarının Afina nəşrini hazırlamışdır.
Onomakrit | |
---|---|
Doğum tarixi | e.ə. 530[1] |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 480[1] |
Fəaliyyəti | şair, yazıçı, mifoqraf[d] |
Əsərlərinin dili | qədim yunan dili |
Herodotun sözlərinə görə, Pisistrat Onomakriti Museyin gələcək barədə fikirlərini bir araya gətirmək üçün işə götürmüşdür, ancaq Onomakrit mətnə özünün uydurduğu saxta proqnozlarını əlavə etdi. Saxtakarlığın üstünü Las Ermionili açdı. Nəticədə Pisistratın oğlu Hipparx Onomakriti Afinadan qovdu. Sonradan Onomakrit Pisistratla barışdı. Herodotun fikrincə, Onomakritin gələcək barədə xəbərləri İran padşahı I Kserksin Yunanıstanla müharibəyə başlamaq qərarına təsir etdi.
Pavsani də Onomakritin Musey adından bir sıra saxtalaşdırılmış şeirləri yazdığı barədə xəbər verir.[2]
Pavsaniyə görə, Onomakrit ilk orfik ilahiyyatçı və şair idi.[3]