Onoto Vatanna

Vinnifred İton (ing. Winnifred Eaton; 21 avqust 1875[1] və ya 1877[2], Monreal, Kvebek[2]8 aprel 1954[1]) – Kanada yazıçısı. O, çinəsilli olmasına və heç vaxt Yaponiyada olmamasına baxmayaraq, yaponmənşəli Onoto Vatanna təxəllüsü ilə tanınmış və Yaponiya mövzusunda əsərlər yazmışdır.

Vinnifred İton
Doğum tarixi 21 avqust 1875(1875-08-21)[1] və ya 1877[2]
Doğum yeri
Vəfat tarixi 8 aprel 1954(1954-04-08)[1]
Fəaliyyəti roman yazıçısı, ssenarist
Əsərlərinin dili ingilis dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İton ədəbi karyerası boyunca 16 roman, eləcə də, yüzlərlə hekayə və məqalə yazmışdır.[3] Onun 1899-cu ildə nəşr olunan "Yaponiyalı Nume xanım" adlı romanı Asiya mənşəli müəllifə məxsus olan ilk ABŞ romanı olmuşdur.[3] Kalqari Universitetinin Riv Teatrı onun şərəfinə adlandırılmışdır.

Vinnifredin atası Edvard İton ingilis tacir və rəssam idi, anası Qreys Trefusis isə çinli idi.[3] Evard və Qreys Şanxayda tanış olmuş, İngiltərəABŞ-də yaşadıqdan sonra 1872-ci ildə Kanadanın Monreal şəhərinə köçmüşdürlər.[3] Vinnifred 14 uşaqlı ailənin səkkizinci uşağı olmuşdur.[3]

İton uşaq yaşlarından etibarən ədəbiyyata maraq göstərməyə başlamışdır.[3] 1895-ci ildə ilk hekayəsini Monrealın "Metropolitan Magazine" adlı jurnalına satmışdır.[3] Daha sonra bir neçə məqalə və hekayəsi ABŞ-nin "Ladies’ Home Journal""Harper’s Weekly" kimi jurnallarında nəşr olunmuşdur.[3]

Onun böyük bacısı Edit Maude İton uğurlu jurnalist olmuşdur.[3] Onlar kanadalı bir şəxsə məxsus olan, amma Yamaykada nəşr olunan "Gall’s News Letter" qəzeti üçün birlikdə işləmişdirlər.[3] Vinnifred bir müddət Yamaykada yaşadıqdan sonra 1896-cı ildə Çikaqoya köçərək stenoqraf işləmiş, 1901-ci ildə isə Nyu-Yorkda yaşamağa başlamışdır.[3]

Ədəbi karyerası

[redaktə | mənbəni redaktə et]

1897-ci ildə İtonun "Yapon sevgi hekayəsi" adlı əsəri "Iroquois Magazine" jurnalında Onoto Vatanna təxəllüsü ilə yayımlanmışdır.[3] İton heç vaxt Yaponiyada olmamış, Yaponiya haqqında fikirləri sadəcə oxuduğu kitablar əsasında formalaşmışdı.[3] İstifadə etdiyi təxəllüsün də yapon dilində heç bir mənası yox idi.[3]

İton növbəti illərdə Yaponiya personajlarından istifadə edərək əsərlər yazmağa başlamışdır.[3] Bacısı Edit çinli təxəllüslə Çin mövzusunda əsərlər yazdığı üçün ondan fərqlənmək üçün yapon təxəllüsündən istifadə etməyə davam etmişdir.[3] "Yapon sevgi hekayəsi" uğur qazandığı üçün onun başqa Yaponiya hekayələri də ABŞ jurnallarında nəşr olunmuşdur.[3]

1899-cu ildə İtonun ilk romanı "Yaponiyalı Nume xanım" nəşr olunmuşdur.[3] Roman irqlərarası sevgi münasibətindən bəhs etdiyi üçün qarışıq rəylər almışdır.[3] Romanın uğurundan sonra Yaponiya mövzusunda romanlara davam etmişdir: 1901-ci ildə "Yapon bülbülü", 1902-ci ildə "Visteriyanın flörtü", 1903-cü ildə "Sünbülçiçəyinin ürəyi", 1906-cı ildə "Yapon çiçəklənməsi", 1910-cu ildə "Tama" əsəri nəşr olunmuşdur.[3] Yaponiya mövzusunda olan son romanı "Sanni-san" 1922-ci ildə çapdan çıxmışdır.[3]

İton tanınmaq məqsədilə Onoto Vatanna şəxsiyyətini də qəbul etmişdir.[3] Kimono ilə fotolar çəkdirmiş, müsahibələrdə Yaponiyada doğulduğunu bildirmişdir.[3] Etnik mənşəyi ilə bağlı suallara dəqiq olmayan cavablar vermişdir: atasının ingilis və ya yapon, anasının isə yapon və ya yaponəsilli çinli olduğunu deyirdi.[3]

Alberta illəri

[redaktə | mənbəni redaktə et]

İton 1917-ci ildə "Mən: Anım kitabı" adlı avtobioqrafik romanını nəşr etdirmişdir.[3] Həmin il yeni həyat yoldaşı ilə Kanadanın Alberta əyalətinə, Kalqari şəhərinin 65 kilometr yaxınlığında yerləşən rançoya köçmüşdür.[3] O, yerli "Farm and Ranch Review" qəzeti üçün məqalələr yazmağa başlamışdır.[3] Yerli teatrda aktiv olmuş, Kalqari Kiçik Teatr Assosiasiyasının yaradılmasında rol oynamışdır.[3] Kanada Müəlliflər Assosiasiyasının Kalqari bölməsinin qurucu üzvü olmuşdur.[3]

İton Alberta əyalətində Yaponiya mövzusunda romanlardan əl çəkmiş, Albertanın kənd həyatından bəhs edən "Qaramal" (1924) və "Onun kral qələm ucları" (1925) romanlarını yazmışdır.[3] O, bu romanları Vinnifred İton və Vinifred İton Riv adları ilə yayımlamışdır.[3]

İton bir neçə dəfə Nyu-Yorka səyahət edərək ParamountUniversal Pictures studiyaları üçün film ssenariləri yazmışdır.[3] 1925-ci ildə Los-Ancelesə köçmüş, Hollivud ssenaristi olmuşdur.[3] O, bir sıra roman və tamaşaların film adaptasiyası ilə məşğul olmuşdur.[3] 1931-ci ildə Hollivudu tərk edərək Albertaya qayıtmışdır.

İton növbəti illərdə heç bir roman yazmamışdır.[3] Yaponiyanın Çini işğal etməsindənPörl-Harboru bombalamasından sonra Yaponiya haqqında əsərlər yazması barədə peşmançılığını ifadə etmiş və Çin irsinə xəyanət etdiyini bildirmişdir.[3] Kalqari Kiçik Teatrı üçün pyeslər yazmış və Kanada Müəlliflər Assosiasiyasının prezidenti olmuşdur.[3] 1954-cü ildə Kaliforniya tətilindən qayıdarkən yolda ürək tutmasından ölmüşdür.[3]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

İton 1901-ci ildə ABŞ jurnalisti Bertrand Bebkok ilə evlənmişdir.[3] Onların dörd uşağı olmuşdur.[3] Lakin Bebkok ona pis davrandığı üçün 1917-ci ildə ondan boşanmışdır.[3] 1917-ci ildə ABŞ biznesmeni Frensis Riv ilə evlənmişdir.[3] Cütlük 1924-cü ildə ayrılsa da, 1931-ci ildə İton Frensis ilə barışmışdır.[3]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Blain V., Grundy I., Clements P. The Feminist Companion to Literature in English (ing.): Women Writers from the Middle Ages to the Present. 1990. P. 890.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 Butts, Edward. "Winnifred Eaton (Onoto Watanna)". The Canadian Encyclopedia (ingiliscə). 10 noyabr 2020. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2022.