Ophrys oestrifera subsp. cornutula

Atmilçək qaş səhləbi (lat. Ophrys oestrifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN  Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir  – EN B1ab(iii)+2ab(iii). Endemik növdür.

Atmilçək qaş səhləbi
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Ophrys oestrifera

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Gövdə 20-40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2-3 sm, uzunluğu 5-10 sm-dır. Çiçək qrupu seyrəkdir, 5-6 çiçəkdən ibarətdir. Çiçəkyanlığının kənar ləçəkləri 12-14 mm uzunluğunda açıq-bənövşəyi rənglidir. Daxili ləçəklər 3-4 mm uzunluqda oval-lansetvari, bənövşəyi və birdamarlıdır. Dodaqcıq məxmərvaridir, yuxarı hissədə irəliyə doğru qısa əlavə çıxıntısı var, qonur, üzəri bir neçə sarımtıl ləkəlidir, hər biri ensiz, açıq-sarı haşiyəlidir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çoxillik bitkidir. Çiçəkləməsi aprel-may aylarına təsadüf edilir. Meşə və kolluqlarda, aşağı dağ qurşağından orta dağ qurşağına qədər rast gəlinir.

Böyük Qafqazın qərbi, şərqi və Quba sahəsi. Kür-Araz ovalığı, Kür düzənliyi, Naxçıvan Muxtar Respublikasının dağlıq hissəsi (Batabat) və Lənkəran ovalığı; Samur-Dəvəçi ovalığı (Nabran). Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyalarının sayı azdır. Azalma tendensiyası artır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Dekorativ əhəmiyyətinə görə əhali tərəfindən intensiv toplanılması.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Yayılma yerlərində antropogen təsirlərin azaldılması, yasaqlıqların təşkil edilməsi və toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin müəyyənləşdirilməsi məqsədəuyğundur.

  • Ophrys oestrifera Rchb. [Illegitimate]
  • Ophrys oestrifera M.Bieb.
    • Ophrys oestrifera subsp. abchasica Kümpel
    • Ophrys oestrifera subsp. akcakarae Kreutz
    • Ophrys oestrifera subsp. akcaliensis Perschke
    • Ophrys oestrifera var. banatica (Rchb.f. ex Pantu & Procop.) Soó
    • Ophrys oestrifera subsp. bicornis (Sadler ex Nendtv.) Kreutz
    • Ophrys oestrifera subsp. bremifera (Steven) K.Richt.
  • Ophrys oestrifera f. bremifera (Steven) Soó
    • Ophrys oestrifera subsp. cornuta (Steven) K.Richt.
    • Ophrys oestrifera subsp. cornuta Soó
    • Ophrys oestrifera subsp. cornutula (Paulus) Kreutz
    • Ophrys oestrifera subsp. elbursana Kreutz
    • Ophrys oestrifera var. grandiflora B.Willing & E.Willing
    • Ophrys oestrifera subsp. grandiflora (B.Willing & E.Willing) Kreutz
    • Ophrys oestrifera subsp. heldreichii (Schltr.) Soó
    • Ophrys oestrifera var. heldreichii (Schltr.) Hayek
    • Ophrys oestrifera subsp. hygrophila (Gügel, Kreutz, D.Rückbr. & U.Rückbr.) Kreutz
    • Ophrys oestrifera subsp. karadenizensis (M.Schönfelder & H.Schönfelder) Kreutz
    • Ophrys oestrifera subsp. latakiana (M.Schönfelder & H.Schönfelder) Kreutz
    • Ophrys oestrifera subsp. lemnosiana B.Baumann & H.Baumann
    • Ophrys oestrifera subsp. leptomera (P.Delforge) Kreutz
    • Ophrys oestrifera subsp. minutiflora J.Essink, L.Essink, Gügel, Kreutz & Zaiss
    • Ophrys oestrifera subsp. minutula (Gölz & H.R.Reinhard) Kreutz
    • Ophrys oestrifera subsp. montis-gargani Van de Vijver & W.Van Looken
    • Ophrys oestrifera subsp. orientalis (Renz) Soó
    • Ophrys oestrifera subsp. phrygia (H.Fleischm. & Bornm.) H.Baumann & R.Lorenz
    • Ophrys oestrifera subsp. rhodostephane (Devillers & Devillers-Tersch.) Kreutz
    • Ophrys oestrifera subsp. schlechteriana (Soó) Kreutz