Oqurlar

Oqurlar və ya Oqur boyu — qədim türk boylarından biri. Müxtəlif corafi ərazilərə yayılmışdilər. Onlara bəzən Bulqar boyu da deyilməkdədir.[1]

Tarixi qaynaqlara görə, Tinq-linqlərin qərb qrupundan çıxdıqları bilinən Oqurlar Şərqi Avropaya doğru köç etmədən əvvəl 3 ayrı kütlə halında yaşayırdılar. Birinci kütlə Sır DəryaÇu çayları arasında, ikinci kütlə Emba çayı hövzəsində, yəni qərbi Qazaxıstan bozqırlarında, üçüncü kütlə isə Yayık çayı civarında yaşayırdı. Böyük ehtimalla, birinci kütlə On Oqurları, ikinci kütlə Otuz Oqurları, üçüncü kütlə isə Doqquz Oqurlarını meydana gətirirdi. Oqurlar daha sonra Saroqur, Bittioqur, Ultinqur-Altziaqır, Kutriqur-kuturqur, Unqur-Hunnuqur, Utriqur kim boy birlikləri halında tarixdə görülməkdədir.[1] Sabarlar tərəfindən 461-465-ci illərdə Ural dağlarının şərqindən qərbinə doğru sıxışdırılmışdırlar.[1] Bu zaman onların bir qismi CənubiŞimali Qafqaz ərazilərində də məskunlaşmış və buranın tarixində mühüm rol oynamışdır. Qafqaz ərazisində adının kökü Oqurlardan gələn çox saylı yaşayış məskəni vardır.[2] Onların Qafqaza köç etmələri barədə erməni, Bizans və gürcü mənbələrində də məlumat vardır.[3]

Oqurların Tanrı dağları həndəvərində yaşayan Vu-sunların davamı olduğu şəklindəki fikir mübahisəlidir. Çünki, onların tarixləri fərqli məcrada irəliləmişdir. Digər tərəfdən İli bölgəsinə yaxın yerdə göstərilən Ho-chie boyunun da Oqurların ataları olma ehtimalı vardır. Ancaq onlar haqqında o qədər də bilgi yoxdur.[1] Ola bilsin ki, Ho-chie adlandırılan boy Tinq-linqlərin ənub qolu olmuşdur. Qaynaq yetərsizliyinə görə, bu məsələdə çox bir şey deyilməməkdədir.[1]

Oqurlar ovçuluq, kürkçülük və heyvandarlıqla yanaşı, yaşadıqları coğrafiyanın şərtlərinə uyğun olaraq əkinçiliklə də məşğul olurdular.

Qara dənizin şimalına gəldikdən sonra dövlətləri parçalanıb süqut edən Avropa hunlarının idarəsindəki İrnekə qatılan Oqurlar (360-470) daha sonra Bulqar adı ilə bilinməyə başladılar. Yeni gəldikləri ərazidə də 3 ayrı halında yaşamağa davam etdilər. Qafqazların şimalında, Azov dənizinin şərqində On-Oqurlar, Don-Volqa arasında, yəni daha şimalda Otuz Oqurlar, qərbdə Dneprə doğru Doqquz Oqurlar yaşayırdılar. Şərqdəki iki qrup Sabarların və Göktürklərin himayəsinə girdi. Qərbdəki Doqquz Oqur (Qara Bulqarlar) isə Bizansla əlaqə qurub, onunla müxtəlif mübarizələrə girsələr də, zəifləyib şərqdən gələn Avarların ittifaqına daxil oldular. Şərqdə qalan Otuz Oqur və On Oqur qrupları isə Böyük Bulqar adı verilən dövləti qurdular.[1]

  1. 1 2 3 4 5 6 Prof. Dr. Ahmet Taşağıl. Çin Kaynaklarına Göre Eski Türk Boyları. Türk Tarih Kurumu Yayınları. 2013. səh. 14-15.
  2. Süleyman Əliyarlı. Azərbaycan tarixi Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı: Azərbaycan. 1996. səh. 127.
  3. Qulamhüseyn Məmmədov. "Səlcuqlardan öncəki Türklər". qulammemmedov.blogspot.com. 24 noyabr 2020 tarixində arxivləşdirilib.