Böyük Bulqar xanlığı (orta əsrlər yunan dili: Παλαιά Μεγάλη Βουλγαρία, Palaiá Megálē Voulgaría) — VII əsrdə Avropada, indiki Ukraynanın cənubunda və Rusiyanın cənub-qərbində mövcud olan bir dövlət.
Tarixi dövlət | |||
Böyük Bulqar xanlığı | |||
---|---|---|---|
|
|||
|
|||
Dilləri | Krım qot dili, Bulqar dili, Orta yunan dili | ||
Rəsmi dilləri | |||
Vikianbarda əlaqəli mediafayllar |
Bulqar sözünün mənası "qarışmaq" deməkdir. Böyük Bulqar dövlətinin qurucusu Qurd (Qubrad) xaqan hesab olunur.
665-ci ildə Qurd xaqanın ölümündən sonra Böyük Bulqar dövləti zəiflədi və xəzərlərin hücumu nəticəsində iki hissəyə parçalandı. Dunay Bulqar dövləti və Volqa Bulqar dövləti yarandı.
630–635-ci illər arasında Xan Kubrat Bolqarları Türk xaqanlığının(588–639) tabeliyindən xilas etdi, Onogur Bulqarlarını Kutrigur və Utiqur qəbilələri ilə vahid bir qayda altında birləşdirməyi bacardı və güclü bir konfederasiya yaratdı, Qərbi Avropada orta əsr müəllifləri tərəfindən Köhnə Böyük Bolqarıstan(630–665) adlandırıldı. Ancaq qurulan dövlət uzun ömürlü olmadı. Kubrat xanın 665-ci ildə ölümündən sonra oğlanları Batbayan,Asparux və Altsek arasında hakimiyyət uğrunda çəkişmə başladı və xaqanlıq iki yerə parçalandı.
Bulqar-Türk dövlətinin qurucusu Asparux (643–701) xan idi. O, 679-cu ildə Bizansı məğlub edərək cənub-şərqi Avropada müstəqil Bulqar-Türk dövlətini qurdu. 681-ci ildə Bizansla Asparux xan arasında sülh müqaviləsi bağlandı. Asparux xanın başçılığı ilə Bolqarların bir hissəsi Dunay sahillərinə köçüb getdi, və indiki Bolqarıstan ərazisində məskunlaşdı. Nəticədə Birinci Bulqar dövləti (681–1018) yarandı. Kubratın böyük oğlu Batbayan (Bayan) isə Xəzərlərin hökmdarlığı altında yaşamağa razı olmuş və Xəzərlərə qatılmışlar. Kubratın üçüncü oğlu Altsek xan isə Avar xanlığı hakimiyyətinə sığınmışdı.
Xəzərlər bu dövləti məğlub etməyi bacarmışlar. Xəzərlərin hakimiyyəti altında yaşamağa razı qalan bulqarlara Quru Bolqarlar deyilir. Xalqın ən əhəmiyyətli hissələrindən bir qismi şimala köç edib İdil bulqarları dövlətini qurdular və və şimala köç edən İdil bulqarlarına Ağ Bolqarlar da deyilər. Ağ bulqarlardan bugünkü Çuvaşlar xalqı meydana gəlmişdir. Digər bir qrupun isə avarlara qatılaraq daha da qərbə, orta Avropaya doğru köç etdiyi güman edilir.